AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının San-Marino ilə rəsmi oyun öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, assosiasiya rəsmisi sabahkı matçda millimizdən qələbə gözlədiklərini deyib:
"Sabah qalib gələrək, seçmə mərhələyə 3 xalla başlamaq istəyirik. Düşünürəm ki, bu futbolçulara növbəti oyunlar üçün əlavə motivasiya verəcək. Komanda yaxşı hazırlıq keçib. Yığmamız mayda Avstriyada təlim-məşq toplanışında olub, 3 yoldaşlıq oyununda qüvvəsini sınayıb. Bir qədər əvvəl Robert Prosineçki də qeyd etdi ki, komandanın hazırkı durumundan razıdır. Artıq Azərbaycan çempionatı da başlayıb. Bundan başqa, iki klubumuz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Odur ki, futbolçular bura yüksək əhval-ruhiyyədə gəliblər. Biz də azarkeşlər kimi millimizdən sabahkı matçda yalnız 3 xal gözləyirik. Əsas məqsədimiz AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdır. Bildiyiniz kimi, həmin yarışın 4 oyunu Bakıda keçiriləcək. Biz də AVRO-2020-nin iştirakçılarından olmaq istəyirik. Amma bu seçmə mərhələdə də uğurla çıxış etmək niyyətindəyik. Niyə də yox? Bu, bizim yeni şüardı. Qoy, futbolçular da özlərinə sual versinlər ki, niyə də yox?".
Elxan Məmmədov millimizə yeni qoşulan Ramil Şeydayev və Emin Mahmudovla bağlı sualı da cavablandırıb: "AFFA rəhbərliyi heç vaxt məşqçilərin işinə qarışmayıb. Sabahkı qarşılaşmada onların meydana çıxması və ya ehtiyatda qalmasına baş məşqçi qərar verir. FİFA-nin qərarına əsasən, bu futbolçuların millimizdə çıxış etməsinə icazə verilib. İstərdik ki, Şeydayev və Mahmudov yığmada oynasınlar və komandaya faydalı olsunlar. Onlar cəmi bir neçə gündür ki, yığmada olsalar da, Prosineçki artıq müsbət rəy verib".
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"