“Zenit”in 25 milyonu qəbul etməməsindən şoka düşdüm”

“Zenit”in 25 milyonu qəbul etməməsindən şoka düşdüm”
XƏBƏR 3 Sentyabr 2016 / 01:41 6777
-  A +

“Zenit”in yarımmüdafiəçisi Aksel Vitsel “Yuventus”a keçidinin baş tutmamasından danışıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belçikalı futbolçu Sankt-Peterburq klubunun qərarından şoka düşdüyünü bildirib:

“Transferin alınmamasını qəbul etmək çox çətindir. “Yuventus”a minnətdaram. Onlar məni heyətə qatmaq üçün son ana qədər mübarizə apardılar.

“Zenit”in 25 milyonluq təklifi qəbul etməməsindən şoka düşdüm. Halbuki müqaviləmin bitməsinə 1 il qalıb. Futbolda belə hallar olur. Tibbi müayinədən uğurla keçdikdən sonra özümü “Yuventus”da görürdüm”.

 

Daha çox


Son xəbərlər
topaz banner