"Futbolçularımı təbrik edirəm. Əllərindən gələnin ən yaxşısını etdilər. Azarkeşlərimiz möhtəşəm idi. Çempionlar Liqasında məğlubiyyət bizə təsir etdi. Amma bu futboldur. Belə şeyləri unudub növbəti oyunlara hazırlaşmalıyıq. “Qəbələ”nin oyununun nəticəsini gözləyirik. Onlara da uğurlar arzu edirik. Ölkəmizə nə qədər çox böyük klublar gəlsə, futbolumuz üçün xeyirlidir".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Göteborq"la oyundan (3:0) sonra deyib.
- Oyundan öncə keçirilən mətbuat konfransında sual verilmişdi ki, künc zərbəsində Azərbaycansayağı taktikadan istifadə edəcəksiz? Qeyd etdiz ki xeyr...
- Bir az fərqli formada etdik. Çox yaxşı ki, bunu bacardıq.
- Qrupdan çıxmaq şanslarını necə dəyərlənirirsiz?
-Püşkdən asılıdır. İki dəfə şansımız oldu amma keçə bilmədik. Bu il qrupda daha rahat oynayacağıq. Belə turnirlərdə təcrübə toplamaq vacibdir. Səbrli olmalıyıq. Qismət olsa, qrupdan da çıxacağıq.
-Rəqib baş məşqçi dedi ki, “Mançester Yunayted”i udarsız.
-Biz kiminsə arzusunu yerinə yetirmirik. İşimizin dəyərini bilməyə çalışırıq. Bundan sonra nəticə özü gələcək.
-Qarabağ”ın hücumları kəsərli alınırdı. Rəqib müdafiəsində boşluqlarla bağlı idi?
-Rəqibi ilk oyundan sonra daha yaxşı tanıyırdıq. Digər tərəfdən rəqib hesabda öndə idi. Onlar müdafiəyə çox diqqət ayırmışdılar. Bu da bizim xeyrimizə oldu. Çox hücum etməliyiik və bunu da bacardıq.
-Stadionun ot örtüyü bərbaddır. Ola bilər ki, Olimpiya Stadionunda oynayasız?
-Həqiqətən meydanın vəziyyəti yaxşı deyildi. Futbolçuların zədələnməsindən narahat idim. Mütəxəssislərlə məsləhət edəcəyik. Bu stadiona çox öyrəşmişik. Burda özümüzü rahat hiss edirik. Alınsa burda, alınmasa başqa stadionda oynayacağıq.
-Elvin Yunuszadə Şehiçə çox ötürmə verirdi. Sizin tapşırıq idi?
-Elvin “Viktoriya” ilə oyuna görə tənqid olundu. Mən də o matça görə çox tənqid olundum. Amma o, cəmi 10 dəqiqə oynamışdı. Elvin bizim 3 mərkəz müdafiəçimizdən biridir. Belə oyunlara özünü hazırlaya bilir. Ondan narazı deyiləm. Hər bir futbolçu şansını gözləməlidir. İstənilən an meydana çıxmağa hazır olmalıdır. Qapıçıya ötürmə verməyi normaldır. Bir az ehtiyyatlanır. Belə meydanda ehtiyyat etməkdə haqlıdır.
-Bədavi olmayanda yeri hiss olunur. Yeni futbolçu cəlb etməyi düşünürsüz?
-Maraqlandığımız müdafiəçi var idi. Amma çox futbolçu transfer edib, öz oyunçularımızın da yolunu bağlamaq istəmirik. Limitə görə də yerli futbolçulara üstünlük veririk.
-Qara Qarayevin müdafiəyə daha çox meyilli oynamasının səbəbi nə idi?
-Bunu əvvəlcədən tapşırmışdıq. Riçarda, Mişelə irəli getməyi tapşırmışdıq. Ona görə də əks hücumda yaxalanmamaq üçün Qaraya müdafiəyə yaxın oynamağı tapşırmışdıq.
- Bədavinin zədəsi nə yerdədir?
- Əzələ zədəsidir. 3 ay əvvəl də eyni yerdə zədəsi var idi. Çox ciddi deyil, amma bərpa üçün müəyyən vaxta ehtiyac var.
-Çempionatda 25 günlük fasilə sizcə çox deyil?
-Bu hər yerdə var. Futbolçularımız milli komandanın təlim-məşq toplanışındadır. Bu müddətdə yoxlama oyunu keçirəcəyik. Komandalar üçün formalarını bərpa etmək üçün bu bir fürsətdir.
-Riçard Almeydaya transfer təklifləri var?
-Bir dəfə olub. Riçard bizim əsas futbolçularımızdandır. O, komandaya çox bağlı insandır. Ərəbistan klubu rəsmi təklif göndərmişdi. “Qarabağ”dan getmək istəmədi. Hər bir futbolçunun güclü klublara getməsini mən də istəyərəm.
-Epizodlar boşa veriləndə çox təəssüflənirdiz. Bu, son oyunların qisası idi?
-Bizdə heç vaxt qisas istəyi olmayıb. Nəticə qazanmağı bacarmalıyıq. Qisas şəxsi həyatda olur, idmanda yox. Məğlubiyyət hərdən faydalı olur. Futbolçular, məşqçilər daha yaxşı hazırlaşır.
-Premyer Liqada komanda sayının azlığı “Qarabağ”a necə təsir edir?
-Bu, maliyyə durumu ilə bağlıdır. Bizim Avropa Liqasındakı çıxışımıza təsir etməyəcək. Çempionat aprelin sonunda bitəcək. Ona görə də qrafik sıx olacaq. Başqa çıxış yolumuz yoxdur. Əlimizdə olandan maksimim istifadə etməliyik.
-Sizin özünüzə təkliflər olub?
-Heç bir təklif barədə düşünmürəm. Hələ ki burdayam. Çox işləyib təcrübə toplamaq lazımdır.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi