“Qarabağ”ın oyununu yüksək səviyyədə analiz etmişdik”

“Qarabağ”ın oyununu yüksək səviyyədə analiz etmişdik”
ÖLKƏ FUTBOLU 19 Avqust 2016 / 14:25 4966
-  A +

“Rəqibin nə edəcəyini bilirdik. Çünki onların oyununu yüksək səviyyədə analiz etmişdik”.

Qol.az-ın məlumatına görə, bu sözləri İsveçin “Göteborq” klubunun futbolçusu Emil Salomonsson Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qalib gəldikləri oyundan (1:0) sonra deyib.

Təcrübəli müdafiəçi klubun saytına açıqlamasında dünənki qarşılaşmanı şərh edib: “Biz azarkeşlərimizdən fantastik bir dəstək görük. Bu da komandamızı ruhlandırdı və lazım olan nəticəni qazandıq. Müdafiədə çox etibarlı çıxış etdik. Oyun istədiyimiz kimi alındı”.

İsveç millisinin sabiq üzvü  “Qarabağ”la çətin cavab oyununa çıxacaqlarını da xatırladıb: “Başa düşmək lazımdır ki, biz hələ işin yarısını görmüşük. Bizi çətin səfər oyunu gözləyir. Bakıdakı oyuna  var qüvvəmizlə hazırlaşmalıyıq ki, qələbə hesabımızı qoruyaq”.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəramov adına Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər