“Qapımıza iki zərbə olur, hər ikisi qolla nəticələnir” – Qurban Qurbanov

“Qapımıza iki zərbə olur, hər ikisi qolla nəticələnir” – Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 19 Avqust 2016 / 00:01 11199
-  A +

“Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində İsveçin “Göteborq” klubuna uduzduqları oyunu (0:1) şərh edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, rəqibdən daha yaxşı çıxış etdiklərini bildiriən Qurbanov komandaların növbəti mərhələ şanslarını bərbaər qiymətləndirib:

"Artıq ikinci oyundur ki, belə halla rastlaşırıq. Qapımıza iki zərbə olur və hər ikisi qolla nəticələnir. Bakıdakı oyunda daha çox güc sərf etməliyik və rəqibimizin müdafiəsini yarmaqdan ötrü nəysə fikirləşəcəyik. Şanslar əlli-əlliyədir. Cavab matçında azarkeşlərimizin möhtəşəm dəstəyi ilə uğurlu nəticə əldə etmək istəyirik".

Daha çox


Son xəbərlər