Qriqorçuk: "Eyforiyaya qapılmamışam"

Qriqorçuk: "Eyforiyaya qapılmamışam"
ÖLKƏ FUTBOLU 18 Avqust 2016 / 23:39 6751
-  A +

“Hesabda geri düşəndə yalnız onu lehimizə çevirmək barədə düşünürdüm. Hiss edirdim ki, qol vurmalıyıq”.

Qol.az-ın apasport.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının "pley-off" mərhələsində "Maribor"la oyundan (3:1) sonra deyib.
 
Oyundan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis qələbəni şərh edib:

“İndi də fərqli bir hiss keçirmirəm. Eyforiyaya qapılmamışam. Hamımız növbəti matçı düşünməyə çalışırıq və bu görüşü tez təhlil etmək fikrindəyik”.
 
- Hesabda belə tez geri düşünəcəyinizi gözləyirdinizmi?


- Heç vaxt emosional düşünmürəm. Həmin dəqiqədə yalnız düşünürəm ki, nəyi dəyişə bilərəm.
 
- Oyunun gedişində Rafael Santosun üstünə daha çox qışqırırdınız. Bu nədən qaynaqlanırdı?

- Bütün futbolçular kimi Rafanı da çox istəyirəm. Onun üstünə qışqırmağımın səbəbi bəzi səhvləri idi. Bunu başa düşdü, amma 10 saniyə sonra yenidən təkrarladı (gülür). Buna baxmayaraq, onu çox istəyirəm.
 
- Meydanın mərkəzini rəqibə verməyiniz taktiki gediş idi?

- Xeyr. Qola qədər və ya qoldan sonrakı müddət önəmli deyil. Bir ara rəqib topa daha çox nəzarət etdi. Biz bunu dəyişməyə çalışdıq. Burda bir oyunçunun yox, bütün komandanın üzərinə yük düşür. Bir nəfər səhv edən kimi, mexanizm pozulur. Rəqib ağıllı komandadı, bir səhv etdik, dərhal ondan istifadə etdi. Çox xırda detallara girmək istəmirəm.
 
- Hesabda önə keçdikdən sonra sanki komanda nə etmək istədiyini bilmirdi...

- Oyunun gedişində elə vəziyyət yarandı ki, rəqibi sıxmağın vacibliyini anladım. Futbolçulara təzyiq də bununla bağlı idi. Rəqib həmin vaxt ağıllı oynayırdı.
 
- Rəqibin baş məşqçisi 3-cü qolda qapıçıya kobudluq edildiyini düşünür. Siz həmin epizodu necə şərh edərdiniz?

- Hazırda bu barədə mübahisə edə bilmərəm. Çünki həmin epizoda baxmalıyam. Ondan sonra fikrimi deyə bilərəm.

Daha çox


Son xəbərlər