“Tottenhem”in qapıçısı 1 ay meydana çıxmayacaq

“Tottenhem”in qapıçısı 1 ay meydana çıxmayacaq
XƏBƏR 18 Avqust 2016 / 01:58 3331
-  A +

Premyer Liqanın ilk turunda “Everton”a qarşı görüşün 35-ci dəqiqəsində zədələnərək əvəzlənən “Tottenhem”in qapıçısı Uqo Lorisin vəziyyətinə aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, təcrübəli qapıçının zədəsi ciddidir. O, 1 ay meydana çıxa bilməyəcək.

Loris “Kristal Pelas”, “Liverpul”, “Stok Siti”, “Sanderlend”lə görüşlərdə, eləcə də Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda komandasına kömək edə bilməyəcək.

Son xəbərlər
topaz banner