“Bavariya” Alabaya görə 80 milyon avro tələb edir

“Bavariya” Alabaya görə 80 milyon avro tələb edir
XƏBƏR 16 Avqust 2016 / 02:19 4517
-  A +

“Bavariya”nın müdafiəçisi David Alaba “Real”ın maraq dairəsindədir.

Qol.az-ın AS-a istinadən yaydığı xəbərə görə, Madrid klubu bir müddətdir Avstriya yığmasının üzvünü heyətinə qatmağa çalışır. Daha əvvəl “Bavariya” “Real”ın rəsmi təklifini geri çevirib.

“Real” Alabaya görə 65 milyon avro ödəməyə hazır olsa da, “Bavariya” bu təkliflə razılaşmayıb. Münhen klubu Alaba ilə vidalaşmaq üçün 80 milyon avro tələb edir.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner