Adil Şükürov: "Ötən mövsümə baxıb aldanmaq lazım deyil”

Adil Şükürov: "Ötən mövsümə baxıb aldanmaq lazım deyil”
ÖLKƏ FUTBOLU 14 Avqust 2016 / 22:47 2297
-  A +

"Komandamızın oyunundan tam razı qalmağımız üçün bizə müəyyən vaxt lazım olacaq. Bu, 4-5-ci turadək uzana bilər".

Bu fikirləri "Zirə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasında "Neftçi"yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport"a açıqlamasında bildirib.
 
O, cari mövsümdə qazandıqları ilk qələbə münasibətilə komandasını, azarkeşlərini təbrik etdiyini söyləyib: "Bunun davamını gətirməyə çalışacağıq. Gəlin unutmayaq ki, bu çempionatımızda 8 komanda oynayır. Hər biri avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparacaq. Çünki qitəmqiyaslı turnirə 4 vəsiqə olduğundan, bütün hamı buna nail olmaq üçün bütün gücünü qoyacaq. Keçən mövsümə baxıb aldanmaq lazım deyil ki, onda avrokuboklara oynadıq, yenə vəsiqə qazanacağıq. Buna nail olmaq üçün çox işləmək, çox hazırlaşmaq lazımdır. Bunu etməklə nəticəmizi təkrarlamağa çalışacağıq" (Sportnet.az).

Daha çox


Son xəbərlər