AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında "Kəpəz"lə qolsuz bərabərliklə nəticələnən səfər matçından sonra mətbuat konfransı keçirib. Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, 45 yaşlı mütəxəssis ilk olaraq oyun haqda düşüncələrini bölüşüb.
- Açığı, bu oyunun çətin keçəcəyini matçdan əvvəl də futbolçularıma söyləmişdim. Onlara Gəncənin futbolla yaşayan şəhər olduğunu dönə-dönə bildirmişdim. Hesab edirəm ki, bərabər səviyyəli oyun izlədik və yekunda ədalətli nəticə qeydə alındı. Yetirmələrim taktiki cəhətədn verdiyim tapşırıqları yerinə yetirdilər. Yavaş-yavaş ötən ilki komandanı xatırlatmağa başlayırıq. Bu AZAL ötənilkindən bir az öndədir. Kollektivimizin uğurlarını gələcəkdə görəcəksiniz. Fasilədən sonra ikinci hücumçu David Canelidzeni döyüşə atdım. Ancaq "Kəpəz"in doğma divarlar arasında oynaması və bunun nəticəsində təzyiqi artırması bir qədər müdafiəyə çəkilməyimizi şərtləndirdi. Bütün hallarda tərəflərin hərəyə 1 xal qazanmasını ədalətli sayıram.
- Hətta qalib gəldiyimiz matçlardan sonra kefiniz bu qədər kök olduğunu görməmişdik. Bu, nədən qaynaqlanır?
- Futbolçularımın oyunun gedişatında düşünmə bacarıqlarını nümayiş etdirməsi, meydandakı hərəkətliliyi məni sevindirdi. "Neftçi" ilə oyundan sonra futbolçularda ruh düşkünlüyü var idi. Axı məğlub olmamalı idik. Məni sevindirir ki, həmin məğlubiyyət uşaqların özlərinə qapanmasına zəmin yaratmadı. Bu gün meydanda daha əzmkar AZAL gördüm.
- İlk turda ədalətsizliklə üzləşdiniz, bu gün də hakimdən narazı görünürdünüz...
- Haqqımızın yeyilməsi ilk belə hal deyil. Üçüncü ildir AZAL-dayam, eyni hallar təkrarlanır. Necə futbolçular, məşqçilər, səhv buraxırsa, hakimlər də eynisi ilə. Hakimlikdən narazılığıma gəlincə, əsas problem ondan ibarətdir ki, sərt mübarizəyə imkan vermirlər. Bu da oyunun yüksək tempdə keçməsini əngəlləyir. Avrokuboklarda uğurlu nəticə qazanmaq istəyiriksə, yüksək tempə alışmalıyıq. Əsas narazlığımız budur. Ümumilikdə isə hakimlikdən narazı deyiləm.
- Nuqzar Kvirtiyanın zədəsi nə yerdədir?
- İndi bu haqda sizə heç nə deyə bilmərəm. Çünki həkimlə danışmamışam. Tək Nuqzarın da yox, Kamal Mirzəyev də əzələsini dartıb. Həkimlə söhbətdən sonra onların durumu bəlli olacaq.
- Çin klubundan AZAL-a gələn futbolçunun durumu necədir?
- Rail Məlikovun gedişindən sonra mərkəz müdafiəçisi mövqeyində Elşad Manafovu oynadırıq. Əvvəllər də demişdim ki, heyətin komplektləşdiirlməsi üçün rəqabət olmalıdır. Rəqabətin artması üçün bu futbolçuya ehtiyac duymuşuq. Sağ cinah müdafiəçimiz olan Kamil Hüseynovu mərkəz müdafiəçisi mövqeyinə yeganə alternativ kimi istifadə etməli olurduq. Legionerə yerlilərə rəqabər yaratması üçün zərurət duyduq. Dayaq yarımmüdafiəçisi mövqeyinə gələn legioner iranlıdır. Bu həftə baxışdan və tibbi müayinədən keçəcək. Ondan sonra müqavilə ilə bağlı yekun qərar veriləcək.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Millətlər Liqasında daha 8 oyun
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə