"Üzərimizdə kiçik basqı var. Amma bu, azarkeşlərin tələbi ilə bağlı deyil. Təzyiqin nədən qaynaqlandığını anlayırıq".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasında Sloveniya "Maribor"u ilə keçirəcəkləri "pley-off" oyunlarından öncə jurnalistlərə açıqlamasında deyib.
Ukraynalı mütəxəssis "Maribor"u üstələmək üçün lazım olan amilləri sadalayıb: "Futbolçularıma demişəm ki, "Lill"i keçsək, qrupa düşəcəyik. Bunu mənim inamım deyir. Futbolçularım da yəqin ki, bu sözlərimi xatırlayırlar. Ona görə də məsuliyyətləri lazımi səviyyədədir. Biz də hər şeyə savadla, sakit, ağılla yanaşmalı və qalan 5 gün ərzində bu təzyiqdən qurtulmalıyıq. Düşüncələrimizi ona kökləməliyik ki, bu oyun dünyanın sonu deyil. Elə fikirləşməməliyik ki, birdən nə isə olsa, necə olacaq? Əksinə, beynimizdən bu fikri çıxarmalı, oyun təşkilatçılığı, düzgün emosional köklənmə ilə bağlı addımlar atmalıyıq. Çünki burada həddi aşmaq lazım deyil. Burada təfəkkür, soyuq baş, oyununa total nəzarət, intellekt yüksək səviyyədə olmalıdır. Bizim taktiki hərəkətlər, oyun quruluşu, strategiyası ən yüksək səviyyədə olmalıdır. Beyində narahatlıq, yenidən köklənmə olsa, lazımi səviyyədə çıxış edə bilməyəcəyik".
Ukraynalı mütəxəssis "Maribor"un üstün tərəflərindən də danışıb: "Sloveniya komandası çox sürətli hücumlar həyata keçirmə qabiliyyətinə malikdir. Deməzdim ki, kombinasiyalı oyun qurma bacarıqları birinci yerdədir. Amma maksimum tez rəqib qapısına yaxınlaşırlar. Bunun üçün bir neçə belə gedişlər edə bilən futbolçuları var. Oyunçuları sürətli və aqressivdirlər. Uzaq məsafəni hava ötürməsi ilə sürətlə qət edərək, rəqibin xeyli oyunçusunu arxada qoymaqla, qapı qarşısına ötürmə vermələri də oyun keyfiyyətlərinin bir hissəsidir. Kompakt və mobil oyun olmasa, boş zonalar yarana bilər. Hücumçumuz da diqqətini belə həmlələrin qarşısını almağa yönəltsə, meydanda çox hərəkət etmək lazım gələcək. Bu isə futbolçular üçün çox çətindir, onlardan yüksək ustalıq, intellekt tələb edir. Biz bunların hamısını bilirik. Məsələ bilməkdə yox, yerinə yetirməkdədir. Biz konsentrasiya və soyuq başla bunların öhdəsindən gəlməli, vaxtında rəqibin hücumlarına hazır olmalıyıq".
"Qəbələ" "Maribor"la ilk matçda kapitan Rəşad Sadiqovun xidmətindən yararlana bilməyəcək. Qriqorçuk təcrübəli yarımmüdafiəçinin zədəsinin davam etdiyini və meydana buraxmaqla risk etmək istəmədiklərini söyləyib: "Sadiqovun "Maribor"la ilk oyunda çıxış etməsi real deyil. Onun cavab görüşünə hazır olacağına ümid edirik. Özü deyir ki, lazım gəlsə, meydana çıxmağa, vuruşmağa hazıram. Amma biz heç vaxt buna getməyəcəyik. Anlayırıq ki, bununla həyat başa çatmır. Futbolçu həyatı uzun olmalıdır. Sağlamlıqla risk etmək olmaz. Bunu heç vaxt etməmişik və etməyəcəyik. Sadiqovun cavab görüşünə hazırlığı intensiv gedəcək. Amma onu yalnız həkimlərin razılığından sonra meydana buraxacağıq".
Təcrübəli mütəxəssis bildirib ki, Sadiqovu kimin əvəzləyəcəyinə qərar verməyib. O, "Maribor"la görüşdə heyətin Fransa "Lill"inə qarşı çıxış edənlərdən ciddi fərqlənməyəcəyini vurğulayıb: "Maribor"da çalışanların hamısı ağıllı adamlardır. Ona görə də indi nəyisə açıqlamağın mənası yoxdur. Əlbəttə, "Lill"ə qarşı heyətlə müqayisədə ciddi dəyişiklik olmayacaq. Amma heyətimiz "İnter"lə matça çıxanlardan aşkar fərqlənəcək. Bu baxımdan, hər şey aydındır. Amma qarşıda 5 gün var. Bu müddətdə əsas heyətə hazırlıqlı oyunçu ortaya çıxa və ya həmin heyətdən kimlərsə tələblərimizə cavab verməyən səviyyədə təsir bağışlaya bilər. Sadiqovun yoxluğunda bir neçə variantı nəzərdən keçirəcəyik. Sabahkı gündən futbolçuların nəyə qadir olduqlarına baxacaq və kim layiqlidirsə, onu əsas heyətdə meydana buraxacağıq".
Sonda Qriqorçuk Mərdəkandakı "Dalğa Arena"nın uzaqlığına baxmayaraq, azarkeşləri tribunalara səsləyib: "Başa düşürük ki, Mərdəkana yol uzaqdır, gəlib çatmaq çətindir. Sadəcə, azarkeşlərdən bizə yardımçı olmağa çalışırıq. Çünki onların dəstəyi bizə çox gərəkdir. Biz əvvəlki oyunlarda bunu hiss etmişik. "Bakcell Arena"da oynadığımız vaxt oyunumuzu kifayət qədər azarkeş izləyirdi. Belə dəstək altında futbolçular dəstəksiz oynadıqlarından daha artıq əzmlə mübarizə aparırlar. Qazandığımız qələbələrdə azarkeşlərin rolu qiymətsizdir. Həqiqətən də böyük dəstəkləri olub. Azarkeşləri oyunumuza gəlməyə çağırıram. Stadion dolmasa, biz bu dəstək faizindən məhrum olacağıq".
Qeyd edək ki, avqustun 18-də keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlanacaq. Cavab görüşü avqustun 25-də olacaq.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Millətlər Liqasında daha 8 oyun
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə