"Qalib gəlməli olduğumuz oyunda xal itirdik" – Qriqorçuk

"Qalib gəlməli olduğumuz oyunda xal itirdik" – Qriqorçuk
ÖLKƏ FUTBOLU 12 Avqust 2016 / 22:51 3949
-  A +

Topaz Premyer Liqasının 2-ci turunda "İnter”lə qolsuz bərabərə qalan "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis öncə oyunla bağlı danışıb.
 
- Qalib gəlməli olduğumuz bir oyunda xal itirdik. Bu, bir-iki futbolçudan asılı deyil.
 
- Oyunu "Maribor”un nümayəndəsi də izləyirdi. Komandanın bu gün xal itirməsi bununla bağlı deyil ki?

- Əlbəttə ki, yox.
 
- "Qəbələ” sanki bu gün çox ağır oynayırdı...

- Rəqib çox güclü idi. İlk turda son çempiona qalib gəldilər. Bu oyundan nəticə çıxararaq, gələn qarşılaşmalara hazırlaşmalıyıq.
 
- Avrokuboklarda belə bu dərəcədə hirsli görünmürsüz. Bu, heyətdə azərbaycanlı oyunçuların daha çox olmasıyla bağlı deyil ki?

- Yəqin avrokuboklarda mənim hərəkətlərimi yaxşı izləməmisiz (gülür).
 
- Avropa Liqasındakı stadion dəyişikliyilə bağlı nə deyə bilərsiniz?

- Dəfələrlə demişəm ki, 8-ci km stadionu mənə çox yaxşı təsir bağışlayır. Orda gözəl atmosfer olur. Ancaq ot örtüyü ilə bağlı bu addımı atmağa məcbur olduq. Bunun oyunumuza mənfi təsir edəcəyini düşünmürəm.
 
- Svanadze nəticənin qanunauyğun olduğunu dedi...

-Rəqibin fikrini müzakirə etməyəcəm. Mənim şəxsi fikrim bundan ibarətdir ki, biz bu oyunda qalib gəlməli idik.
 
- Penaltini yerinə yetirən Kvekveskiri uzun müddət "İnter”də çıxış edib. Penaltini başqa futbolçu vura bilməzdi? 

- Bunu mən də düşünmüşdüm. Ancaq bizdə penalti vuran futbolçular arasında meydanda yalnız Nika var idi. Əgər digər oyunçular olsaydı, penaltini başqasına həvalə edərdim.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner