“Lill” kimi komandanı keçməklə gücümüzü göstərdik”

“Lill” kimi komandanı keçməklə gücümüzü göstərdik”
ÖLKƏ FUTBOLU 10 Avqust 2016 / 17:11 4956
-  A +

“Maribor” bizim üçün münasib rəqibdir. Püşkdən razıyam”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Filip Ozobiç Sloveniya mətbuatına açıqlamasında deyib.

Xorvataliyalı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Maribor” haqda fikirlərini bildirib:

“Əlbəttə, “Vest Hem”lə müqayisədə “Maribor  daha münasib rəqibdir. Bəli, Sloveniya komandası da güclüdür. Ancaq biz əla formadayıq və istəyimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Hesab edirəm ki, bunu bacaracağıq. Düzdür, “Maribor”un Çempionlar Liqası təcrübəsi var. Ancaq biz “Lill” kimi komandanı keçməklə gücümüzü göstərdik”.

II təsnifat mərhələsində Bakıda “Lill” üzərində qələbənin memarı olan 25 yaşlı futbolçu həmin oyunu bir daha xatırlayıb:

“Təxminən 25 metrlik məsafədən topu qapıya göndərdim. Zərbə yaxşı alındı və qapıçının topu dəf etmək üçün heç bir şansı olmadı. “Lill” Aşkar favorit hesab edilsə də, biz adi komanda olmadığımız göstərdik”.

F.Ozobiç "Qəbələ" azərkeşləri haqda da danışıb: “Avrokubok oyunlarını Bakıda keçiririk. Azərbaycan çempionatında debütümü “Kəpəz”lə görüşdə etdim. Həmin oyun da Bakıda baş tutdu. Qəbələdəki stadionumuzda nə zaman oynayacağımız  bilmirəm. Orda hələ olmamışam. Amma bizim böyük azarkeş ordumuzun olduğunu deyə bilərəm. “Lill” üzərindəki qələbədə onların böyük rolu oldu. Oyundan üç saat əvvəl stadiona gəlmişdilər. Sona qədər bizə dəstək oldular”.

Daha çox


Son xəbərlər