“Ramil Şeydayev istedadlı futbolçudur. Aşağı yaş qrupları üzrə milli komandalarımızın hamısında çıxış etmişdi. Onu itirdiyumiz üçün üzülürəm”.
Qol.az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, bu sözləri Rusiya Futbol İttifaqının idman direktoru Nikolay Pisarev deyib.
Eyni zamanda 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi olan Pisarev Ramil Şeydayevin Rusiya yığmasından imtina edərək Azərbaycanı seçməsinə münasibət bildirib:
“Rusiya Futbol İttifaqı Şeydayevə çox şey verib. Mən ona zəng vurmuşdum. Onu fikrindən daşınmağa cəhd etdim. O isə mənə cavabında “Yox! Azərbaycan millisində oynamaq istəyirəm” dedi. Bunun səbəblərini açıqlamadı. Yəqin ki, qan çəkir, ya da yaxşı müqavilə, millinin start heyətində yer alacağına dair təminat veriblər”.
Xatırladaq ki, bir neçə dəfə AFFA-nın təklifini rədd edən azərbaycanlı futbolçu Ramil Şeydayev bu yaxınlarda millimizdə oynağa razı olub. FİFA da onun millimizdə oynamasına icazə verib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər