“Qarabağ”ın aparıcı üzvü Muarem Muaremin “Viktoriya" (Plzen) ilə görüşdən sonra (1:1) müsahibəsi
- “Qarabağ” yenə Çempionlar Liqasınn pley-offundan kənarda qaldı. “Viktoriya” qol vurarkən hansı hisslər keçirdin?
- Qol buraxanda “İnter”lə (2014-cü ildə Bakıda İtaliya "İnter"i ilə matçı nəzərdə tutur - red.) oyunu xatırladım. Bu, bir qədər fərqli məyusluq idi. Çempionlar Liqasında ilk dəfə pley-offda oynayacağdıq. Digər tərəfdən də minimum Avroliqanın qrupunu təmin edirdik. Əvvəldən ÇL-i düşünürdük. Məqsədimiz bu turnirdə qrupa düşmək idi. Lakin alınmadı. “Viktoriya”ya qarşı yaxşı oynadıq. Rəqibin 1 epizodu oldu, onu da dəyərləndirdilər. Biz isə bir neçə qol şansını boşa verdik.
- Razısan ki, 1:0-dan sonra ikinci qolu vurmaqla matçın taleyini daha erkən həll etmək olardı?
- Razıyam. Hesabda öndə olarkən qol braxacağımızı düşünmürdüm. Əksinə, fikirləşirdim ki ikinci qolu da vuracağıq. Ard-arda şansları boşa verdik. Futbolun qaydası var, vurmayana vurarlar.
- “Qarabağ”ın “Viktoriya”nı keçə bilməməsini nə ilə əlaqələndirmək olar?
- Qaçırılan epizodalarla. Vaxtında ikinci qolu vurmaq lazım idi. Nəticəyə görə çox məyusuq. Bunu necə unuducağımızı heç bilmirəm.
- “Qarabağ” ardıcıl üçüncü mövsüm Avroliqanın qrup mərhələsində oynaya biləcək?
- Bunun üçün əlimizdən gələni edəcəyik. İndi daha yaxşı oynamalıyıq. Bütün gücümüzü meydanda qoymalıyıq. “Viktoriya”ya qarşı da tam gücümüzlə oynadıq. Meydanda mübarizə apardıq. Lakin alınmadı... Nə deyəcəyimi bilmirəm.
- Oyundan sonra paltardəyişmə otağında Qurban Qurbanov nə dedi?
- Komandamızın yaxşı oynadığını söylədi. Bildirdi ki, hər kəs bütün gücünü meydanda qoydu. Sadəcə, bəxtimiz gətirmədi.
- Zamanı geri çəkmək mümkün olsaydı, “Viktoriya” ilə görüşdə nəyi dəyişmək istərdin?
- Elə həminki kimi oynardıq. Sadəcə, yaxaladağımız şanslardan yararlanmalıydıq. Başqa deyəcək bir sözüm yoxdur.
Mənbə: futbolxeber.az
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə