"Bu gün komandamız istədiyimiz kimi çıxış etdi. Futbolçularıma minnətdaram".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Macarıstan MTK-sına 2:0 hesabı ilə qalib gələrək Avropa Liqasında mərhələ adladıqları II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
Ukraynalı mütəxəssis komandasının növbəti rəqibi Fransa "Lill"inin oyununa hələ baxmadığını bildirib:
"Bu gündən etibarən rəqibi araşdırmağa başlayacam. "Lill" böyük bir komandadır. Biz çox şadıq ki, onlarla oynayacayıq. Onları mübarizədən kənarlaşdırmaq isə böyük bir uğur olacaq".
Rəqib həmkarı Vasilis Teodoru ilə razı olduğunu bildirən Qriqorçuk MTK-nın güclü olduğunu etiraf edib:
"Rəqib güclü idi. Çox şadam ki, belə bir komandanı mübarizədən uzaqlaşdırdıq. Biz onlardan daha yaxşı hazırlaşmışdıq və müəyyən oyun komponentlərində üstün idik. Mən çalışıram ki, əsas heyəti yuxarılara qaldırım və ehtiyat oyunçuları da onların səviyyəsinə gətirim. Çempionatda da ən yaxşı oyunçular əsas heyətdə olacaq".
Baş məşqçi Aleksey Antonovun göndərilməsi haqda qərarı isə belə şərh edib: "Bu mərhələdə həm mən, həm Antonov,həm də klub rəhbərliyi ən doğru qərarı verdik. Antonova bundan sonrakı karyerasında uğurlar arzu edirəm".
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi