"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsi
- Avropa Liqasının II təsnifat mərhələsində MTK ilə cavab oyununa hazırlıq necə gedir?
- Hazırlığımız plan üzrə davam edir. Xüsusi bir yenilik yoxdu. Hər zaman olduğu kimi ciddiyətimizi qoruyuruq. Çünki bizi çətin oyun gözləyir.
- Komanda tarixində ilk dəfə olaraq səfərdə keçirilən Avroliqa matçında qalib gəldi. Maraqlıdı, səfərə sərfəli nəticə üçün getmişdiniz, yoxsa yalnız qələbə haqda düşünürdüz?
- Biz hər dəfə səfərə qələbə üçün gedirik. Başqa fikri ağlımıza da gətirmirik. Macarıstana gedəndə də fikrimiz dəyişməmişdi. Qələbə qazandıq və buna görə də çox şadıq.
- Təbii ki, oyundan əvvəl MTK-nı analiz etmişdiniz. Maraqlıdı, meydanda analiz etdiyiniz rəqibi gördünüz, yoxsa tamam fərqli komandaya qarşı oynadınız?
- Çox fərq oldu. Onlar çoxgedişli kombinasiyalar etməyi yaxşı bacarır. Bundan başqa meydanda fiziki cəhətdən üstün olan komanda gördüm.
- Matçın əvvəlində "Qəbələ"nin qapısına təyin edilən penalti qola çevrilsəydi, bu, komandanın tez ruhdan düşməsi ilə nəticələnə bilərdimi?
- Ümumi götürəndə oyun təsəvvür etdiyim formada davam etdi. Mən də bilirəm ki, orada penalti yox idi. Qol olsaydı... Bilirsiz, bunlar hamısı söz-söhbətlərdi. Bir şeyi dəqiq bilirəm ki, komandam kişi kimi oyuna davam edəcəkdi. Ruhdan düşməyəcəklərinə əminəm.
- Macarıstan təmsilçisinin çalışdırıcısı 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra "Bakıya mərhələ adlamağa gedəcəyik" deyib. Bu, nə dərəcədə real görünür?
- Bu barədə nəsə demək istəmirəm. Ümumiyyətlə, müzakirə etməyimizin mənası da yoxdu. Onun fikirlərinə də hörmətlə yanaşıram. Cavab matçından sonra hər şeyə aydınlıq gələcək.
- Yəqin ki, püşkatma mərasimini izləmisiniz.
- Təbii ki. Püşk mərasimi diqqətimizdə idi.
- Hansı rəqibi arzulayırdınız ki?
- Düzü, bu barədə düşünmürdüm. Çünki bizi qarşıda çətin oyun gözləyir. Buna görə də növbəti mərhələ barədə düşünmək indidən çox tez və çətindi. MTK səddini adlaya bilsək, "Lill"i də müzakirə edərik.
- Potensial rəqiblər arasında ötən mövsüm devirdiyiniz "Panatinaikos" da var idi. Yunan təmsilçisinin bu dəfə də qarşınıza çıxması, xoş xatirələri canlandırardımı?
- Fikirləşirəm ki, "Lill" daha maraqlı rəqibdi. Bu, bizim üçün həm əla şans, həm də tarixi hadisədi. MTK səddini adlayıb, Fransa klubu ilə qarşılaşmağın özü də bizim xeyrimizədi.
- Andrey Şevçenkonun Ukrayna millisinə baş məşqçi təyin olunmasına münasibətinizə necədi?
- Şevçenkoya millidə uğurlar və yaxşı nəticələr arzulayıram. Ukrayna futbol ölkəsidi. Buna görə də ən yüksək nəticələri qazanacağına inanıram.
- Olan olub, keçən keçib. Millinin baş məşqçisi də, sizin "Qəbələ"də qaldığınız da bəllidi. Həqiqətən də Şevçenkodan qabaq Ukrayna millisində baş məşqçi olmağınız üçün sizə təklif gəlmişdi?
- Belə suallara cavab verməkdən qaçıram. Çünki mövcud olan məsələlərdən danışmağı sevirəm. Hər zaman real məsələlərdən danışmaq lazımdı. Buna görə də yenə bu sualdan yayınacam (gülür).
Mənbə: Sport7.az
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi