"Beşiktaş"dan ayrıldı, "Fənərbaxça"ya keçdi

"Beşiktaş"dan ayrıldı, "Fənərbaxça"ya keçdi
XƏBƏR 14 İyul 2016 / 16:11 7115
-  A +

"Beşiktaş"dan ayrılan İsmayıl Köybaşının yeni komandası bəlli olub.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu karyerasını "Fənərbaxça"da davam etdirəcək.

Türkiyə millisinin üzvü İstanbul təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Keçidi ilə bağlı danışan Köybaşı bunları deyib: "Karyeramın ikinci hissəsinə doğru irəliləyirəm. Futbola bağlı biriyəm. Heç vax pula önəm vermirəm. "Fənərbaxça"ya gəldiyim üçün çox xoşbəxtəm. Qərarımın da doğru olduğunu düşünürəm".

Qeyd edək ki, 2009-2016-cı illərdə "Beşiktaş"da çıxış edən İsmayıl Köybaşı keçirdiyi 111 oyunda 2 qol vurub.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner