Ronaldo futbola nə vaxt qayıdacaq?

Ronaldo futbola nə vaxt qayıdacaq?
XƏBƏR 11 İyul 2016 / 11:59 12279
-  A +

Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo ilkin tibbi müayinədən keçib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun sol dizinin yan bağlarının dartıldığı müəyyənləşib. Ronaldonun bərpa müddətinin 1 aydan çox çəkəcəyi bildirilib.

Beləliklə, o, UEFA superkubokunda "Sevilya" ilə oyunu böyük ehtimalla buraxacaq.

Qeyd edək ki, "Real" - "Sevilya" görüşü avqustun 9-u keçiriləcək.

Xatırladaq ki, Ronaldo "Avro-2016"nın finalında Fransa ilə oyunun 17-ci dəqiqəsində zədələnib və 25-ci dəqiqədə Rikardo Quarejma ilə əvəzlənib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner