"Barselona" rəhbərliyi müdafiəçi Xavyer Maskeranonu komandada saxlamaq istəyir.
Qol.az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi yaxın günlərdə 32 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək.
Daha öncə komandadan ayrılmaq istədiyi bildirilən argentinalı futbolçunun hansı qərarı verəcəyi maraqla gözlənilir. Hazırda Amerika kubokunda mübarizəsini davam etdirən Argentina millisinin düşərgəsində olan Maskeranonun klubdakı gələcək taleyinə Barselonaya qayıtdıqdan sonra aydınlıq gələcək.
Qeyd edək ki, 2010-cu ildən "Barselona"da çıxış edən Maskeranonun İtaliyanın "Yuventus" klubuna transfer olunacağı iddia edilir.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri