“Türklər heç nədən qorxmur” – Slaven Biliç

“Türklər heç nədən qorxmur” – Slaven Biliç
XƏBƏR 12 İyun 2016 / 15:15 4808
-  A +

“Vest Hem”in xorvatiyalı baş məşqçisi Slaven Biliç “Avro-2016”nın D qrupunda bu gün keçiriləcək Türkiyə - Xorvatiya oyunu haqda fikirlərini bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 47 yaşlı mütəxəssis Xorvatiyanı daha şanslı hesab etdiyini deyib:

“Bizim milli komandamızda yetərincə təcrübəsi olan, böyük turnirlərdə oynayan futbolçular çıxış edir. “Barselona”, “İnter”,  “Real” və “Yuventus” kimi klublarda futbolçularımız var. Onlar klublarının aparıcı üzvləridir.  Türkiyə millisi haqda isə bunları  demək olmaz. Son Avropa və dünya çempionatlarında türklər iştirak etmədi”.

“Beşiktaş”ın sabiq çalışdırıcısı Türkiyə millisi haqda da xoş sözlər deyib: “Xorvatiya oyunun favoritidir. Ancaq Türkiyə millisində də istedadlı futbolçuları var və türlər heç nədən qorxmurlar”.

Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner