Mayın 31-də Səbail Rayon Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin ölümü ilə bağlı hadisəni gizlətməkdə ittiham olunaraq həbs edilən "Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə son məhkəmə prosesi keçirildi. Hakim Elmar Rəhimov yekun qərarı açıqlayaraq, Cavid Hüseynovu günahkar elan edərək, futbolçuya 4 il həbs cəzası verildi.
Cavid Hüseynov haqda hökmün oxunmasından 1 həftədən artıq vaxt keçsə də, bu məsələ hələ də müzakirə olunur. İstər futbol ictimaiyyəti, istər sosial şəbəkələr, istərsə də sıravi vətəndaşlar arasında Cavidin günahkar olub-olmaması haqda xeyli fikirlər səslənir.
Futbolxeber.az saytı sözügedən məsələ ilə bağlı ilginc məlumat əldə edib. Belə ki, “Qəbələ”nin sabiq kapitanı ilə bağlı çıxarılan hökmdə səhv olduğu ortaya çıxıb.
Hökmdə mərhum Rasim Əliyevin dostu Aydın Mahmudovun məhkəmədə verdiyi ifadə də yer alıb. Həmin ifadəni kiçik ixtisarlarla təqdim edirik:
- Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Mahmudov Aydın Azər oğlu Rasim Əliyevin onun yaxın dostu olduğunu deyib. 08 avqust 2015-ci il tarixdə işlədiyi şirniyyat sexində olan zaman Rasim ona zəng edib və onunla görüşmək istədiyini bildirib. Aydın isə işdə olduğunu, çıxa bilməyəcəyini deyib və ikili arasında axşam görüşmək barədə razılaşma olub. Bundan təxminən 20-25 dəqiqə sonra Asim adlı qonşuları ona zəng edərək Rasimin Bayıl marketin qarşısında döyüldüyünü bildirib. Daha sonra Rasimin xəstəxanada olduğunu öyrənib və ora yollanıb. Xəstəxanada olarkən Rasim Aydına bildirib ki, pul kisəsi və telefonunu itirib. Az sonra “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı və Cavid Hüseynov Rasimin yanına gəlib. Cavid Rasimə onu döyən şəxslərlə görüşdüyünü, özləri aralarında bu söhbəti həll etdiklərini, indi isə onun sağalması üçün hər cür köməklik edəcəyini bildirib. Rasim isə Cavidə onu görüşə çağıran şəxslərin çay içəcəyini dediyi üçün görüşdüyünü bildirib. Dərhal sonra Cavid Rasimlə sağollaşıb getmiş və Rasimin də şikayət etmək fikri olmamışdır...
Hökmün bu hissəsində yazılanlardan fərqli olaraq, Mahmudov Aydın Azər oğlu məhkəmədə elə ifadə verməyib. Mayın 11-də baş tutan prosesdə jurnalistlər də iştirak etmişdi. Həmin gün məhkəmədə çıxış edən Mahmudov Aydın demişdi:
- Cavid xəstəxanaya gələrkən mən orda idim. Onun yanında “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı da var idi. Kənardan baxan şəxs kimi deyə bilərəm ki, Cavid xəstəxanaya gələrkən hadisədən xəbərsiz idi. Hətta Rasimdən soruşdu ki, niyə ora getmisən? Sənə mənim adımdan çox adam zəng vura bilər. Cavid heç kimə orada heç bir təklif etməyib. Şikayət olunmayacağı təqdirdə, müalicə xərclərini üzərinə götürəcəyi ilə bağlı deyilənlər həqiqət deyil. Orada belə söhbət olmayıb. Cavidgil xəstəxanaya gəldikdən az sonra polislər də özlərini xəstəxanaya çatdırmışdılar.
Göründüyü kimi, Mahmudov Aydın Azər oğlunun məhkəmədə səsləndirdiyi fikirlər hökmdə düzgün qeyd olunmayıb. Ehtimal etmək olar ki, hökmdə qeyd olunanlar Aydının ilkin istintaq zamanı səsləndirdiyi fikirlərdir. Belə ehtimal irəli sürməyimiz səbəbsiz deyil. Çünki ifadəsindən sonra məhkəmədə Aydın Mahmudova verdiyi ifadənin əvvəlki ifadədən fərqlənməsi ilə bağlı sual verilmişdi. O isə məhkəmədə dediklərinin həqiqət olduğunu vurğulamışdı.
Hökmdə futbolçunun Rasimin müalicə xərclərini üstünə götürdüyü qeyd olunub. Amma məhkəmədə çıxışı zamanı Aydın Mahmudov Cavid Hüseynovun hər hansı bir şirnikləşdirici addım atmadığını, müalicə xərclərini üzərinə götürməklə bağlı hər hansı söz demədiyini vurğulayıb. Aydın Mahmudov məhkəmədə həmçinin qeyd etmişdi ki, onda elə təəssürat yaranıb ki, Cavid məhz xəstəxanaya gələrkən baş verənlərdən xəbərdar olub. Üstəlik, futbolçu və “Qəbələ”nin meneceri xəstəxanaya gəldikdən az sonra polislər də özlərini ora yetiriblər.
Bir sözlə, Cavid Hüseynov barədə çıxarılan qərarın düzgün olmadığını düşünmək üçün kifayət qədər əsas var. Yuxarıda göstərdiyimiz fakt, məhkəmənin hökmündə şahidin səsləndirdiyi fikirlərin düzgün qeyd olunmaması da ortaya əlavə suallar çıxarır...
Mənbə: futbolxeber.az
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı