“Formula-1”: Komandaların Bakıya gəlmə vaxtı açıqlandı

“Formula-1”: Komandaların Bakıya gəlmə vaxtı açıqlandı
XƏBƏR 8 İyun 2016 / 12:25 2670
-  A +

Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisinə qatılacaq texniki heyətlərin və pilotların ölkəmizə gələcəyi vaxt dəqiqləşib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Qol.az-a saytına verilən məlumata görə, komandalar iyunun 14-dən etibarən paytaxtımıza təşrif buyuracaqlar.
 
Buna səbəb onların iyunun 10-12-də Kanada Qran-prisinə qatılmalarıdır. Monrealdan Bakıya gələcək komandalar yarış bitdikdən dərhal sonra isə ölkəmizdən ayrılacaqlar. Çünki Avropa Qran-prisinin ardınca onlar Avstriyadakı mərhələdə sürətlərini yoxlayacaqlar.
 
Qeyd edək ki, Bakıdakı yarış iyunun 17-19-da olacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
02.07.26  20:49

Daha 2 il "Sumqayıt"da

topaz banner