Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, keçiriləcək iki oyunlar finalçıların adı bəlli olub.
Günün ilk matçında “Qəbələ” “Neftçi”ni qəbul edib. Komandalar ilk oyunda 1:1 hesablı bərabərə qaldığından bu oyuna maraq böyük idi. Cavab matçında da eyni hesab qeydə alındığından oyunda əlavə vaxta ehtiyac yaranıb. Burada başqa qol olmadığından qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib. Bu seriyada daha dəqiq oynayan (4:3) "Neftçi" finala yüksəlib. "Qəbələ"dən Vitali Vernidub və Samir Zərgərov, "Neftçi"dən isə Anyete penaltidən yararlana bilməyib.
Digər görüşdə isə “Qarabağ” “İnter”i qəbul edib. Səfərdə keçirilən ilk oyunda 4:0 hesablı qələbə qazanan Ağdam klubu bu dəfə də qalib gəlib - 1:0.
Beləliklə, Azərbaycan kubokunun finalında "Qarabağ" və "Neftçi" üz-üzə gələcəklər. Bu komandalar ötən mövsüm finalda qarşılaşmışdılar. Həmin matçda "Qarabağ" 3:1 hesabı ilə qalib gələrək kubokun sahibi olub.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 25-i keçiriləcək.
4 may (çərşənbə)
Azərbaycan kuboku, yarımfinalın cavab oyunları
19:00.“Qarabağ” – “İnter” - 1:0
(İlk oyun – 4:0)
Qol: Migel Madera, 24 (1:0)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
"Əlincə Arena"
68-ci dəqiqədə "İnter"in futbolçusu Vüqar Nadirov penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini qapıçı Fərhad Vəliyev dəf edib.
16:00. “Qəbələ” – “Neftçi” - 1:1 (Penaltilər seriyası - 3:4)
"Qəbələ": + + + - -
"Neftçi": + + + - +
Qollar: Ruslan Qurbanov, 59 (0:1), Ermin Zets, 76 (1:1)
(İlk oyun – 1:1)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
Şirvanda futbol günü
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər
“Barselona”ya fırtına əngəli
“Qarabağ” çempion olmaq istəyir” - Savo
"Sabah" - "Borussiya" matçının hakimləri açıqlandı
Emilianonun çənəsi qırılıb - Şəkil
"Fənərbaxça"nın böyükhesablı qələbəsi - Video
"Barselona" və "Atletiko" qalib gəldi
"Fənərbaxça"dan böyükhesablı qələbə
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı