Qurban Qurbanov: “Məğlubiyyət “Qəbələ”nin işinə mane olmur” (VİDEO)

Qurban Qurbanov: “Məğlubiyyət “Qəbələ”nin işinə mane olmur” (VİDEO)
ÖLKƏ FUTBOLU 18 Mart 2016 / 11:53 5681
-  A +

“Komandada ümumi vəziyyət pis deyil. Futbolçular hamısı sağlamdır. Sadəcə, Rəşad Sadıqov fərdi qaydada məşq edir”.
 
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Topaz Premyer Liqanın 26-cı turunda sabah “Qəbələ”yə qarşı keçiriləcək oyun haqda fikirlərini bölüşüb:

“Düzdür, “Qəbələ” ötən tur öz meydanında “Zirə”yə uduzdu. Ancaq məğlubiyyət onların işinə mane olmur, növbəti oyuna daha yaxşı hazırlaşa, rəqibi düzgün analiz edə bilirlər. Bu da baş məşqçinin işinin göstəricisidir. Düşünürəm ki, ən azı azarkeşlər üçün maraqlı oyun olacaq. Çətin səfərə gedirik. Bəlkə də bu görüş digər oyunlardan fərqlənəcək. Yerli azarkeşlərin də oyuna marağı böyük olacaq. Biz də yaxşı nəticə əldə etməyə çalışacağıq”.


Daha çox


Son xəbərlər