Mustafa Dənizlinin istefasından sonra baş məşqçi axtarışlarını davam etdirən "Qalatasaray" komandanın əfsanəvi futbolçusu Bülənt Qorxmazla danışıqlar aparıb.
Qol.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, türkiyəli mütəxəssis klubun prezidenti Dursun Özbəklə görüşüb.
Lakin tərəflər razılığa gələ bilməyiblər. Buna Qorxmazın "Qalatasaray"ın tələbi ilə razılaşmaması səbəb olub. Bülənt Qorxmaz klub prezidentinə "pul haqda danışmaram. Çünki bura məni Bülent Qorxmaz edən camiadır. Ancaq özümü sübut etməyim üçün mənə kifayət qədər vaxt verilməsini istəyirəm" deyib.
Lakin Qorxmazın 1,5 illik müqavilə şərtini qəbul etməyən D.Özbək gənc mütəxəssisə mövsümün sonuna qədər komandanı çalışdırmağı təklif edib. Sabiq komandasında daha uzun müddət çalışmaq istədiyini bildirən Bülənt Qorxmaz təklifi rədd edib.
Nəticədə "Cim Bom"un baş məşqçi vəfizəsinə aşağı yaş qrupu üzrə komandanın çalışdırıcısı Yan Olde Rikerink gətirilib.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”