Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.
İspaniyada “Barselona” “Arsenal”ı qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn kataloniyalılar 1/4 finalın bir addımlığında idi. Bu görüşdə də 3:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi 1/4 finala adlayıb.
Digər oyunda isə “Yyuventus” “Bavariya”nın qonağı olub. Turində keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alındığından Münhen klubu mərhələ adlamağa daha şanslı idi. Lakin "Yuventus" ilk hissədə vurduğu iki qolla oyunu əlavə vaxta qədər daşıya bilib. Burada "Bavariya" iki dəfə fərqlənərək 1/4 finala adlayan son komanda olub.
16 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
23:45."Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 3:1
Qollar: Neymar, 18 (1:0), Elneni, 51 (1:1), Suarez, 65 (2:1), Messi, 88 (3:1)
İlk oyun - 2:0
23:45."Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya) - 4:2
Qollar: Poqba, 5 (0:1), Kuadrado, 28 (0:2), Levandovski, 73 (1:2), Müller, 90+1 (2:2), Alkantara, 108 (3:2), Koman, 110 (4:2)
İlk oyun - 2:2
8-9 mart
"Real" (İspaniya) - "Roma" (İtaliya) - 2:0
(İlk oyun 2:0)
"Volfsburq" (Almaniya) - "Gent" (Belçika) - 1:0
(İlk oyun 3:2)
"Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 1:2
(İlk oyun 1:2)
"Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) - 1:2
(İlk oyun - 0:1)
“Sabah”dan “qızıl dubl”
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq