"Gürcüstan təmsilçisinə uduzduğum yarımfinal görüşündə taktiki səhvlərə yol verdim. Taktikanı düzgün qurmadım. Ona görə də məğlub oldum".
Qol.az-ın yaydığı xəbərə görə, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Latviyanın paytaxtı Riqada 61 kq. çəki dərəcəsində bürünc medal qazandığı Avropa çempionatındakı çıxışını dəyərləndirərkən deyib.
25 yaşlı pəhləvan hesab edir ki, Vladimer Xinçeqaşvili ilə qarşılaşmada qalib gəlmək olardı:
"Çünki Xinçeqaşvili elə də güclü deyildi. Düzdür, o da dünya çempionudur, amma fikrimcə, taktiki səhv üzündən yenildim. Qarşıdakı yarışlarda, yəqin ki, onunla yenidən üz-üzə gələcəyik. Çalışacağam ki, buraxdığım səhvlərə yenə yol verməyim".
H.Əliyev erməni Valodya Franqulyanla bürünc medal uğrunda görüşündən də danışıb. O, düşmən ölkə təmsilçisini məğlub etdiyi üçün sevindiyini vurğulayıb:
"Erməni idmançı ilə bir dəfə də qarşılaşmışdım və qalib gəlmişdim. O, bu dəfə məni udmaq istəyirdi. Şükür Allaha, izn vermədim ki, qalib gəlsin. Amma xalça üzərində məğlub olarkən, güləşə zidd hərəkətlər edir, altdan-altdan yumruq atırdı. Sona yaxın mən də bir yumruqla başa saldım ki, bu, güləşdir. Mübahisə, xalça üzərində belə şeylər olur. Amma çox sevinirəm ki, yenə düşmənimizə - erməni idmançısına qalib gəldim".
İkiqat dünya və Avropa çempionunun çıxış etdiyi çəki dərəcəsi Yay Olimpiya Oyunlarının proqramında yer almayıb. Bu səbəbdən, H.Əliyev "Rio-2016"ya lisenziya xarakterli turnirlərə daha aşağı çəkidə qatılmaq niyyətindədir:
"Qarşıdakı yarışlarda çalışacağam ki, 57 kq. çəki dərəcəsində iştirak edim. Düzdür, hələ bu çəkidə olimpiadaya lisenziya alınmayıb. Çalışacağıq ki, lisenziya da alaq. Olimpiadada güləşmək, medal qazanmaq istəyirəmsə, gərək o əziyyəti çəkəm. Əlimdən gələni edəcəyəm ki, medal kolleksiyama olimpiya medalını da əlavə edim".
Qeyd edək ki, Hacı Əliyev Valodya Franqulyanı ilk dəfə "Bakı 2015" I Avropa Oyunlarında məğlub edib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər