“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bu gün Azərbaycan kubokunun 1/4 finalının “Zirə” ilə keçirilən cavab oyunu (5:1) haqda fikirlərini bildirib.
Qol.az-ın müxbirinin məlumatına görə, o, matçla bağlı jurnalistlərin suallarını cavablandırıb.
- Yəqin ki, hesabdan razısız...
- Əlbəttə. Əla nəticə idi. Komanda bu cür qələbə qazananda sevinirəm.
- Asif Məmmədov ümumi ansambla qoşula bilib?
- Bu gün meydana çıxanlardan hamısı tam hazır futbolçulardı. Həmçinin də Asif.
- "Zirə" çempionatda "Qəbələ"yə çətinlik yaratsa da, kubokda bu komandaya iki oyunda 7 qol vurduz. “Zirə”dən öyrənə bilmədiyiniz nəsə qalıb?
- Biz rəqiblərimizi maksimum analiz edirik. Bu rəqib haqda da hər şeyi öyrənmişik. Ancaq bu oyunu bir kənara qoymalıyıq. İndi ancaq “Zirə”ylə çempionatdakı oyunu düşünürük.
- Bugünkü qələbə komandada arxayınlıq yarada bilər?
- Qələbə komandada eyforiya yaratmamalıdı. Bunun üçün müvafiq addımlar atacağıq.
- Kubokun finalının Gəncədə keçiriləcəyi deyilir. Sizcə, oradakı meydanda oynamaq komandalar üçüb uyğundur?
- Bu gün Gəncə stadionunun meydançası buna imkan vermir. Meydança qaydaya salınsa, əlbəttə, finalı orada keçirmək olar.
- Sizcə, çempionatda və kubokda ən güclü rəqibiniz hansıdı?
- Hər hansı komandanın adını çəkmək istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, deyilənlərin əksinə, Azərbaycan çempionatı heç də zəifləməyib. Düşünürəm ki, komandaların bir çoxunun səviyyəsi bərabərdi. Kim daha yaxşı hazırlaşırsa, o da qalib gəlir.
- Yarımfinalda kimi rəqib görmək istəyərdiniz: "Xəzər Lənkəran"ı, yoxsa "Neftçi"ni?
- Mənim üçün bunun heç bir fərqi yoxdur. Bu komandalardan hansı bizə rəqib olsa, deməli, daha güclüdür.
- Adətən, Qəbələdə komandanızın oyununu çoxsaylı media nümayəndələri izləyəndə böyük hesabla qalib gəlirsiniz.
- Yox, mən heç də futbolçulara media gəldikdə daha yaxşı oynayın təlimatı vermirəm. Belə statistika varsa, mən özüm media mənsubları üçün taksi göndərərəm.
Ergün SEYİD
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı