"İki oyuna yeddi qol buraxmaq ağır gəlir" – Adil Şükürov

"İki oyuna yeddi qol buraxmaq ağır gəlir" – Adil Şükürov
ÖLKƏ FUTBOLU 9 Mart 2016 / 17:29 5315
-  A +

"Bu cür məğlubiyyətdən sonra danışmaq çətindir. Göründü ki, “iki cəbhə”də oynamağa hələ gücümüz çatmır. Çalışacağıq ki, növbəti oyunlarda diqqətli olaq. Çempionatda bizə lazım olan nəticəni əldə edək”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab matçından (1:5) sonra keçirilən mətbuat konfransında deyib.

O, acı məğlubiyyəti belə şərh edib: “Bundan öncə “Qarabağ”la ağır oyunumuz oldu. Heyətlə bağlı problemlərimiz var idi. Zədəli oyunçularımız çox olduğundan bu heyətlə oynamağa məcbur idik. Ardıcıl qollar buraxandan sonra istədik ki, hücuma atılaq, qol vuraq. İki oyuna 7 qol buraxmaq ağır gəlir. Amma çətin oyunlardan çıxmışdıq. Bu gün heyətimizdə az oynayan uşaqlara şans vermək istədik. Bonilla və Nurlanın xırda zədəsi var idi. Buna rəğmən, oynadı. Yeni komandayıq. Gənc oyunçularımızın premyer liqa təcrübəsi yoxdur. Bu mənada onların bugünkü görüşdə zəif çıxışını başa düşmək olar".

A.Şükürov futbolçularından narazı olmadığını bildirib: "Mən paltardəyişmə otağına girib, hər birinə təşəkkürümü bildirdim. Çünki əllərindən gələni etdilər. Artıq bizim üçün kubok yarışı başa çatdı. Bütün gücümüzü çempionata yönləndəcəyik".
 
A.Şükürov salvadorlu hücumçusu Nelson Bonillanın komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Bonillanın bizimlə müqaviləsi var. Sözləşməsinin sonuna qədər komandamızda qalacaq. Sərfəli təklif gəlsə, satacağıq? Bu məsələyə rəhbərlik baxır". 

Daha çox


Son xəbərlər