"Qəbələ" yeni aksiyaya start verib.
Qol.az-ın məlumatına görə, daha öncə də məktəblilərin iştirakı ilə layihələr həyata keçirən klub növbəti yeniliyə imza atıb. “Qəbələ”nin sifarişi ilə hazırlanan məktəb ləvazimatları dəstləri (azyaşlılar və yuxarı sinif şagirdləri üçün fərqli olmaqla) şagirdlərə təqdim edilib.
Bu gün bununla bağlı Qəbələ rayonundakı 1 saylı məktəbdə mərasim keçirilib. Tədbirdə bildirilib ki, ümumilik 17 min şagirdi əhatə edən bu sosial aksiyanın məqsədi şagirdlərin idmana – futbola olan marağını artırmaqdır. Artıq bütün kənd məktəblərinə ləvazimatlar paylanıb. Aksiyanın davamı kimi klub nümayəndələri Qəbələdəki orta məktəbləri ziyarət edəcək.
Bugünkü tədbirdə “Qəbələ”nin idman direktoru Toni Adams, baş meneceri Zaur Əzizov, kommersiya direktoru Mustafa Aztopal və marketinq üzrə menecer Səməd Nəsibov iştirak ediblər.
Baş menecer Zaur Əzizov tədbirin önəmindən danışıb: “Bu aksiya bizim üçün önəmlidir. Bu gün bu məktəbdə təhsil alan uşaqlar gələcəyin idmançıları, azarkeşləri, hətta “Qəbələ” klubunun heyətində oynayan futbolçulardan biri ola bilər. Ona görə də bu gün burada iştirak etməkdən məmnunuq”.
Daha sonra Mustafa Aztopal çıxış edərək məktəbliləri “Qəbələ”klubuna azarkeşlik etməyə çağırıb: “Əslində, bu layihə çoxdan planlaşdırılırdı. Mövsümün sonuna qədər Qəbələdəki 68 məktəbin hamısını ziyarət edəcəyik. Bizim iki məqsədimiz var. Birincisi, uşaqların təhsili ilə maraqlanmaq, onlara yardımçı olmaq, ikincisi, onların kluba olan sevgisini artırmaq, oyunlarımıza azarkeş kimi cəlb etməkdir. İnanırıq ki, bu məktəblərdən təkcə Azərbaycan yox, Avropa səviyyəli futbolçular çıxacaq. Sizi Qəbələdə keçirilən oyunlarda stadionda da görmək istərdik”.
Klubun idman direktoru Toni Adams isə bu aksiyanın gələcəkdə “Qəbələ” klubuna xeyir verəcəyini bildirib: “Belə bir tədbirdə iştirak etdiyim üçün çox şadam. Altı ildi burda olsam da, ilk dəfədi sizinlə görüşə gəlirəm. Bizim oyunlarımızı izləməyə gəlsəniz, söz verirəm ki, bura yenə gələcəm. İstəyirəm ki, “Qəbələ” komandasını dəstəkləyəsiniz. Bilirik ki, akademiyamızda təhsil alanların 50 faizi Qəbələdəndir. Biz bütün uşaqlarla yaxından maraqlanmalı, klubun azarkeşi olmalarına nail olmalıyıq. Biz bölgə klubuyuq. Ona görə də əhali ilə sıx əlaqədə olmalıyıq”.
Tedbirin sonunda “Qəbələ” klubunun nümayəndələri məktəblilərin suallarını cavablandırıb. Zaur Əzizov məktəblilərə gələcəkdə “Qəbələ” klubunda hansı futbolçuları görmək istəyirsiniz sualına maraqlı cavab alıb. Şagirdlərin əksəriyyəti Ronaldo və Messini Qəbələdə görmək istədiklərini bildirib. Baş menecer isə sualı belə cavablandırıb: “Söz vermirəm, amma çalışarıq gələcəkdə Messini Qəbələyə dəvət edək”.
Ergün SEYİD
Yuxarı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı