“Kəpəz”in futbolçusu Namiq Ələsgərovun Qol.az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 24-cü turunda “Rəvan”a 3 qolla qalib gəldiniz. Qarşılaşmanın belə asan keçəcəyini düşünürdünüzmü?
- Düzü, çətin oyun keçəcəyini gözləyirdik. Amma erkən qol vurmağımız xeyli işimizə yaradı. İlk qoldan sonra oyun bizim üçün daha rahat oldu. Demək olar ki, bundan sonra oyunda üstünlüyü ələ aldıq.
- "Rəvan” hazırda yaxşı durumda deyil. Bu, sizin işinizə nə dərəcədə yaradı?
- Bizim məqsədimiz "Rəvan”ı məğlub etmək idi. Mütləq bu işin öhdəsindən gəlməli idik. Çünki belə oyunlarda qazanacağımız xallar qarşıdakı turlarda işimizə yaraya bilər. Şükürlər olsun ki, istəyimizə çatdıq. "Rəvan”ın əvvəlki oyunlarına baxmışdıq. Əksər komandalara qarşı başabaş mübarizə aparıblar. Necə oynayacaqlarını bilirdik. Biz də ona uyğun hazırlaşmışdıq.
- Uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qaldın. Əvvəlki formanı bərpa edə bilmisən?
- Tam bərpa olunduğumu deyə bilmərəm. Bir az çətinliyim var. İnanıram ki, oyundan-oyuna hər şey qaydasına düşəcək. Bir çox matçda əsas heyətə düşürəm. Bu, formamı bərpa etməyim üçün yaxşı haldır. Buna görə baş məşqçimiz Şahin Diniyevə təşəkkür edirəm. Onun ümidlərini doğrultmağa çalışıram.
- Turnir cədvəlində 5-ci pillədə qərarlaşmısınız. Avroliqa şanslarınızı necə dəyərləndirirsən?
- Şanslarımız var. Çalışırıq ki, Avropa turnirlərinə vəsiqə qazanaq. "Neftçi”nin "Qəbələ”yə məğlub olması bizim xeyrimizə oldu. Şanslarımız daha da yüksəldi.
- Məlum məsələdir ki, hazırda Gəncə şəhər stadionunda lazımi şərait yoxdur. Belə bir məkanda oynamağa çətinlik çəkmirsiniz?
- O meydanda hamı çətinlik çəkir. Orada oynamaq təkcə mənim üçün yox, bütün futbolçular üçün çətindir. İstənilən halda meydanda öz oyunundan daha yaxşısını sərgiləməlisən.
- Hələ gəncsən və sənə oynamaq lazımdır ki, özünü subut edəsən. "Kəpəz”ə keçidin milli komandadakı yerini qorumaq baxımından sənə kömək olacaqmı?
- Əlbəttə. Nə qədər çox meydana çıxsam, bir o qədər yaxşı olar. Çünki mütamadi oynadıqca özümü yaxşı tərəfdən göstərə bilərəm. Meydanda olduğum zaman məşqçilərin etimadını doğrultmağa çalışıram. İnanıram ki, göstərdiyim oyunla yenidən milli komandaya dəvət alacam.
- Bir neçə tur öncə Gəncədə "Qarabağ”la qarşılaşdınız və müqavilə ilə məxsus olduğun komandanın qapısına qol vurdun. Oyundan sonra Qurban Qurbanov sənə nəsə dedi?
- Qurban müəllim məni təbrik etdi və uğurlar arzuladı.
- Mövsümün sonunda "Kəpəz”lə icarə müqavilən başa çatır. Gələcək karyeranla bağlı nə düşünürsən?
- Hazırda bu barədə düşünmürəm. Bu dəqiqə bütün diqqətimi "Kəpəz”in oyunlarına yönəltmişəm. Yayda qərarımı verəcəm.
- “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu “Rəvan”la oyundan sonra paltardəyişmə otağına girdi, bundan sonra otaqdan sevinc və alqış səsləri eşidildi. Deyəsən, komandaya mükafat veriləcək...
- Yox, sadəcə, qələbəyə görə bizi təbrik edirdi.
Ergün SEYİD
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”