Futbolda inqilabı dəyişikliklər

Futbolda inqilabı dəyişikliklər
DÜNYA FUTBOLU 6 Mart 2016 / 14:55 7747
-  A +

Futbol qaydalarında əsaslı dəyişikliklər ediləcək.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) ötən gün keçirilən toplantısında futbol qaydalarına bir çox yeniliklər edilməsi ilə bağlı qərar verilib.

Futbol oyunlarının ədalətli olması üçün hakimlər mübahisəli epizodun videotəkrarına  baxa biləcək. Həmçinin, futbolda 4-cü oyunçu dəyişikliyinə icazə veriləcək. Ancaq 4-cü əvəzləmə uzatma dəqiqələrində edilməlidir.

Bundan başqa “üçqat cəza” sistemi ləğv olunacaq. Yəni futbolçu cərimə meydançasında mübarizə zamanı qaydanı pozarsa, ona qırmızı vərəqə göstərilməyəcək. Amma futbolçu aqressiv şəkildə qaydanı pozsa, o, meydandan qovulacaq. Dəyişikliklər iyunun 1-dən qüvvəyə minəcək.

FİFA-nın prezidenti Canni İnfantino IFAB-ın toplantısında yeni qaydalar haqda danışıb: "Futbol üçün tarixi qərar verdik. Biz azarkeşləri və futbolçuları dinləməli, onların təkliflərini nəzərə almalıyıq. Yeni qaydaların nə dərəcədə işləyəcəyini bilmirəm, amma texnalogiyanın inkişafına göz yummamalıyıq".

Son xəbərlər
topaz banner