“Barselona”dan yeni rekord

“Barselona”dan yeni rekord
DÜNYA FUTBOLU 4 Mart 2016 / 11:09 6315
-  A +

“Barselona” La Liqa tarixinin yeni rekordunu müəyyənləşdirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, ölkə çempionatının  27-ci turunda "Rayo Valyekano"ya qarşı matçda baş verib. Sözügedən oyunda 5:1 hesabı ilə qalib gələn Kataloniya klubu məğlubiyətizlik seriyasını 35-ə çatdırıb və əzəli rəqibi Realı geridə qoyaraq bu göstərəcidə mütləq rekorda imza atıb.

Qeyd edək ki, La Liqada bundan əvvəlki rekord "Real"a məxsus idi. Madrid təmsilçisi 1989-cu ildə ardıcıl 34 oyunda məğlub olmamışdı.


Son xəbərlər
topaz banner