Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Qol.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb.
Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadır.
59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)
66 kq
9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (8)
71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)
75 kq
6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (6)
80 kq
5. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (6)
85 kq
5. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (2)
13. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)
98 kq
19. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci yer (16)
130 kq
4. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (4)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi