"Mançester Yunayted"də fevralın ən yaxşı futbolçusu müəyyənləşdi

"Mançester Yunayted"də fevralın ən yaxşı futbolçusu müəyyənləşdi
DÜNYA FUTBOLU 3 Mart 2016 / 20:30 5393
-  A +

"Mançester Yunayted"də fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, Markus Reşford ötən ayın ən yaxşısı seçilib.

Qeyd edək ki, M.Reşford ötən ay Avropa Liqasının 1/16 finalında "Midtyullann"a qarşı matçla əsas komandada debüt edib. O, ilk oyununda dubla imza atıb. 18 yaşlı hücumçu İngiltərə Premyer Liqasında "Arsenal"la görüşdə də iki qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner