Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubu fevralın 4-də növbəti görüşünə çıxacaq.
Qol.az-ın məlumatına görə, komandamızın rəqibi liqanın iddialı klublarından olan “Astana Arlans” olacaq.
Bu gün hər iki komandanın baş məşqçilərinin və boksçularının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib.
Qonaqların baş məşqçisi Nurlan Akurpekov Özbəkistanda uduzmalarına baxmayaraq, Bakıya iddialı gəldiklərini deyib: "Bundan əvvəlki turda səfərdə “Uzbek Tigers”ə 1:4 hesabı ilə uduzduq. Özbəkistanda son illərdə boks yetərincə inkişaf edib. Bizdə isə əsas heyətin bir çox üzvləri Olimpiya oyunlarına hazırlaşırlar. Amma Bakıya gələn boksçularımız da yetərincə təcrübəlidirlər. Çalışacağıq ki, burdan uğurlu nəticə ilə ayrılaq. “Astana Arlans” iki dəfə liqanın qalibi olub. Bu mösüm də iddialıyıq".
“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov Qazaxıstan klubunun WSB-də ən güclülərdən olduğunu vurğulayıb: “Astana Arlans” artıq bir neçə ildir ki, bizim əsas rəqiblərimizdəndir. “Baku Fires”in heyətində də təcrübəli boksçular var. Komandamıza inanıram. Boks həvəskarlarını arenaya dəvət edirik, onların dəstəyinə də böyük ehtiyacımız olacaq”.
Talibov martda Bakıda keçiriləcək “Böyük İpək Yolu” yarışı ilə də bağlı fikirlərini bildirib: “İstəyirdik ki, bu turnirdə bir neçə boksçumuz gücünü sınasın. Ancaq federasiyadan dedilər ki, Azərbaycanı yalnız bir heyət təmsil edəcək. Niyə belə olduğunu bilmirəm. Bu suala millinin məşqçiləri daha yaxşı cavab verə bilərlər.
69 kq çəki dərəcəsində rinqə çıxacaq Tamerlan Abdullayev də sabahkı döyüşlə bağlı fikirlərini bildirib: “Təlim-məşq toplanışlarının hər birində iştirak etmişəm. Hazırda yaxşı formadayam. AİBA Pro Boxing turnirində 6 raund döyüşürdüm. İndi 5 raund mübarizə aparacam. İnanıram ki, sabah qalib gələ biləcəm”.
Xastırladaq ki, “Baku Fires – “Astana Arlans” görüşü martın 4-də saat 19-da Boks Mərkəzində start götürəcək.
Komandaların heyətləri:
52 kq. Məhəmməd İbiyev – Oljas Sattibayev
60 kq. Nəsrəddin Məmmədov – Zakir Safiullin
69 kq. Tamerlan Abdullayev – Aslanbek Şımberqenov
81 kq. Mixail Dolqolivets – Nurdaulet Jarmanov
+91 kq. Arslanbek Mahmudov – Nurlan Bekzatov
Yuxarı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri