Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Qol.Az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yaxşı göstərici ötən ilki dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir. O, öz çəkisində reytinqin birincisidir.
Ötən ay heç bir yarışda iştirak etməyən Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov və Cəmaləddin Məhəmmədov reytinqdə bir pillə geriləyib. 97 kq çəkinin reytinq siyahısında ilk onluğa daxil olan daha bir güləşçimiz Şərif Şərifov olub.
Ötən ay İstanbulda keçirilmiş Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə çempion olan Aleksandr Qostiyev 4 pillə, Minskdə keçirilmiş Aleksandr Medvedin mükafatı uğrunda beynəlxalq turnirdə çempion olan Nurməhəmməd Hacıyev isə 6 pillə irəliləyib. Güləşçilərimiz müvafiq olaraq 86 kq çəki dərəcəsinin reytinq siyahısında 10 və 12-ci yerləri bölüşüb. Bu çəkidə siyahıda daha 2 güləşçimizin adı var. Məhəmmədhacı Xatiyev 13-cü, Həmzət Osmanov 16-cı sırada qərarlaşıb.
61 kq
1. Hacı Əliyev - Qızıl Qran Pri 1-ci yer (1)
65 kq
5. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (4)
70 kq
9. Hacımurad Ömərov - Yaşar Doğu turniri 2-ci yer (nr)
74 kq
14. Cəbrayıl Həsənov - Qızıl Qran Pri 1-ci yer (13)
86 kq
10. Aleksandr Qostiyev - Yaşar Doğu turniri 1-ci yer (14)
12. Nurməhəmməd Hacıyev - Aleksandr Medved turniri 1-ci yer (18)
13. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (7)
16. Həmzət Osmanov - Yaşar Doğu turniri 3-cü yer (nr)
97 kq
4. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (3)
10. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (6)
125 kq
3. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (2)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər