Benzema Madrid derbisində oynayacaq?

Benzema Madrid derbisində oynayacaq?
DÜNYA FUTBOLU 26 Fevral 2016 / 10:33 5652
-  A +

"Real"ın futbolçuu Kərim Benzema İspaniya La Liqasının 26-cı turunda "Atletiko" ilə matçda iştirak edəcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı hücumçu zədəsini sağaldıb və komanda ilə ümumi məşqlərə başlayıb. Onun Madrid derbisinə kimi hazır olacağı bildirilib.

Qaret Beyl və Pepe isə zədə səbəbindən "Atletiko" ilə oyunu buraxacaq.

Komandanın digər zədəli futbolçusu Marselonun sözügedən matçda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu sabah keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner