Bu gün keçirilən oyunlarla Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.
Bunların sırasında Türkiyəni yalnız "Fənərbaxça" klubu təmsil edir. Qardaş ölkənin digər təmsilçisi "Qalatasaray" isə 1/16 finalda "Latsio"ya uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, 1/8 finalın cütlükləri bu gün İsveçrənin Nyon şəhərində atılacaq püşklə müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
1/8 finala yüksələn komandalar bunlardır:
"Atletik" (Bilbao, İspaniya), "Sevilya" (İspaniya), "Valensiya" (İspaniya), "Vilyareal" (İspaniya), "Liverpul" (İngiltərə), "Mançester Yunayted" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Bayer" (Leverkuzen) (Almaniya), "Braqa" (Portuqaliya), "Sparta" (Çexiya), "Latsio" (İtaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Fənərbaxça" (Türkiyə), "Bazel" (İsveçrə), "Anderlext" (Belçika)
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb