"Real" və "Volfsburq" qalib gəldi

"Real" və "Volfsburq" qalib gəldi
DÜNYA FUTBOLU 18 Fevral 2016 / 01:36 21430
-  A +

Çempionlar Liqasında 1/16 final mərhələsinin ilk oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.

Günün ən çox maraq doğuran oyunu İtaliyada baş tutub. Paytaxt Romanın eyniadlı komandası Madridin "Real" klubunu qəbul edib. Hər hissədə bir qol vuran "kral klubu" görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Bu, "Real"ın baş məşqçisi Zinəddin Zidanın Çempionlar Liqasında ilk qələbəsi olub. 

"Volfsburq" isə səfərdə Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. Beş qolun vurulduğu görüşdə Almaniya klubu 3:2 hesablı qələbəyə sevinib.




17 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya) - 0:2
Qollar:
Ronaldo, 57 (0:1), Xese, 86 (0:2)

23:45. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya) - 2:3
Qollar:
Draksler, 44 (0:1), 54 (0:2), Kruse, 60 (0:3), Kums, 80 (1:3), Koulibali, 89 (2:3)


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner