“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovun müsahibəsi
- Premyer Liqada III dövrədə iki oyun keçirdiniz. Bu oyunlar haqda fikirlərinizi bildirərdiniz...
- III dövrənin ilk görüşündə AZAL-la qarşılaşdıq. Rəqib qapısı ağzında kifayət qədər təhlükəli epizod yarada bildik. Lakin müdafiədəki kiçik bir səhv bizə baha başa gəldi. Ümumilikdə, yaxşı oynamışdıq. Baş məşqçimiz də oyunumuzda razı qalmışdı. Futbolda belə hallar çox olur. Sən fürsətləri sağa-sola xərləyirsən, amma rəqibin bir fürsət əldə edir və ondan da maksimum yararlanır. AZAL-a məğlubiyyətdən sonra “Xəzər Lənkəran”la matçda müdafiədə diqqətli oynadıq və səhvə yol vermədik. Qarşıdakı oyunlarda da çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik.
- Yeni transferlərin çıxışı haqda nə söyləyə bilərsiniz?
- Muarem Muaremi komandamızdakı çıxışında tanıyırıq. O, “Qarabağ”ın heyətində Avroliqanın qrup mərhələsində çıxış etmiş futbolçulardan biridir. Düşünürəm ki, Muarem əvvəl olduğu kimi, bu dəfə də uğurlu transfer olacaq. Muarem hər iki oyunda yaxşı oynadı. Rahid Əmirquliyevə gəldikdə isə onun oyununa həm milli komandamızdan, həm də “Xəzər Lənkəran”dakı çıxışından bələdik. Yüksək səviyyəli futbolçudur. Fikrimcə, faydalı transfer olacaq. Düzdür, Əmirquliyev hazırda zədəlidir. Zədədən qayıdandan sonra bizə bacardığı köməyi edəcəyinə inanıram.
- “Zirə”nin çıxışı sizi təəccübləndirirmi?
- Düzü, “Zirə”nin belə yaxşı çıxış edəcəyini gözləmirdim. Buna ancaq sevinmək olar. Çempionatda güclü komandaların çox olması yaxşı haldır. İnanıram ki, “Zirə” sona qədər çempionluq uğrunda mübarizə aparacaq.
- Komanda yoldaşın Elvin Məmmədov qış transfer pəncərəsində “Zirə”yə üz tutdu...
- Məmmədov yaxşı futbolçudur. Artıq “Zirə”də öz oyunu ilə sözünü deyir və bir qolun ötürməsini verib. Elvin Məmmədov “Zirə” üçün çox faydalı transfer olacaq.
- Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov karyerasını bitirmək ərəfəsindədir. Sizcə, onu kim əvəz edəcək?
- Rəşad Sadıqov böyük futbolçudur. Sadıqovun karyerasını bitirməsi həm milli, həm də “Qarabağ” üçün ciddi itki olacaq. İstərdim ki, Rəşad Sadıqov bu addımını gec atsın. Düşünürəm ki, Rəşad Sadıqovdan sonra yaranacaq boşluğu Elvin Yunuszadə və “Kəpəz”dən Tərlan Quliyev doldura bilər. Rəşadı əvəzləyəcək futbolçular var.
Mənbə: “CBC Sport” TV
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu