"Futzalçılar yaxşı anlayır ki, artıq bu görüşdə uduzan komanda mübarizəni dayandıracaq. Məlum məsələdir ki, Azərbaycan millisində braziliyalı futzalçıların olmasına baxmayaraq, komandamız ustalıq baxımından rəqibdən daha üstündür. Komandamız toparlanmalı, həm müdafiədə, həm də hücumda sərt oynamalıdır".
Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin futzalçısı Aleksandr Fukin ölkəsinin mətbuatına açıqlamasında deyib.
Fukin Avropa çempionatının 1/4 finalında bu axşam qarşılaşacaqları Azərbaycanla oyunda iki top fərqi ilə qələbə qazanmalı olduqlarını bildirib:
"Düşünürəm ki, Azərbaycanla oyunda ciddi problemlə qarşılaşmamalıyıq. Biz iki top fərqi ilə qələbə qazanmalıyıq. Uşaqlar da yaxşı anlayır ki, xorvatlarla görüşü inamlı keçirmədilər. Ona görə də bu axşam qələbə istəyi ilə alışıb yanacaqlar. Təbii ki, asan olmayacaq. Ancaq əsəbi vəziyyətə düşməkdən qaçmaq lazımdır.
Azərbaycan səddini keçsək, növbəti mərhələdə Serbiya ilə qarşılaşacağıq. Bu komanda mənim xoşuma gəldi. Serbiya doğma azarkeşləri önündə oynayır və bu amil onlara kömək edəcək. Düşünürəm ki, serblərlə oyun çətin keçəcək. Çünki meydan sahiblərinə qarşı oynamaq hər zaman çətin olur".
Qeyd edək ki, bu gün keçiriləcək Rusiya - Azərbayan oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu