“Qəbələ”nin baş meneceri Zaur Əzizovun müsahibəsi
- Pavel Paşayevin “Qəbələ”də qalacağı artıq dəqiqləşib?
- Pavel Paşayevlə hələ rəsmi müqavilə imzalamamışıq. Amma ortaq fikir odur ki, Paşayev bəyənilib. Baş məşqçi onun komandada qalmasını istəyir. Danışıqlar aparacağıq.
- Paşayevin transferi “Qəbələ” üçün vacibdi? Nəzərə alaq ki, bu gün komandada 4 cinah müdafiəçisi var.
- Pavel Paşayev milli komandanın üzvüdü. Biz demirik ki, o gələn kimi əsas heyətdə oynayacaq. Sadəcə, məşqçilər korpusu heyətin geniş olmasını istəyir. Komandamız həm Premyer Liqada, həm də kubokda mübarizəni davam etdirir.
- Hər halda, bu gün “Qəbələ”də daha çox güclənməyə ehtiyac olan digər mövqelər var.
- Bəli, var. Amma futbolçu yoxdu.
- Braziliyalı Emersonun necə, klubdakı taleyinə aydınlıq gəlib?
- Onun transferi perspektivə hesablanıb. Əslində, tam gələcək də demək olmaz. Onun bəzi oyunlarını izləmişik. Böyük klubun yetirməsidi. Düzdür, sonradan karyerasında eniş yaşanıb. Amma bacarıqlı futbolçudur. Roman Qriqorçukla da bu haqda danışdıq. Onun transferi komanda üçün böyük xərc olmayacaq. Lakin yekun qərar hələ qəbul olunmayıb.
- Transfer pəncərəsinin sonuna hələ bir neçə gün var. “Qəbələ”nin heyətinə yeni futbolçu cəlb etməsi mümkündürmü?
- Çox istərdik ki, heyəti gücləndirək. Bəzi futbolçularla ilkin razılıq əldə etsək də, onların keçidi rəsmiləşmədi. Məsələ o deyil ki, mütləq kimisə heyətə cəlb etməliyik. Sadəcə heyəti gücləndirə biləcək və büdcəmizə uyğun futbolçu axtarsaq da, istəyimizə çata bilmədik.
- Bunda devalvasiyanın rolu oldu?
- Yox, sadəcə axtardığımız kimi futbolçu tapa bilmədik.
- Yəni, devalvasiya “Qəbələ”yə təsir göstərməyib.
- Hələ ki, klub rəhbərliyinin bununla bağlı hər hansı bir göstərişi olmayıb. Planda olan işlərdən heç birini təxirə salmamışıq. Əslində bu məsələ heç müzakirə də olmayıb. Çünki komanda təlim-məşq toplanışından geri qayıdıb. Qarşıdakı günlərdə hər şey məlum olacaq.
- Təxminən 1 ay əvvəl “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov müsahibəsində bu il “Gabala Cup”un keçiriləcəyini, bir neçə komanda ilə danışıqlar getdiyini bildirmişdi. Plan hələ də qüvvədə qalır?
- Bununla bağlı məndə heç bir məlumat yoxdu.
Mənbə: futbolxeber.az
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”