"Qarabağ"ın oyunçusu Qara Qarayev Türkiyə superliqasında oynayan "Mersin İdmanyurdu"ndan təklif alıb.
Bu haqda Qol.Az-a futbolçu özü məlumat verib. O, "Mersin İdmanyurdu"na "Qarabağ"la müqaviləsinin davam etdiyini deyib:
"Mən onlara bu məsələyə görə kluba müraciət etməyi məsləhət gördüm".
Qara bildirib ki, uzun illərdir "Qarabağ"da oynayır. Onun sözlərin görə, komandanı yalnız Qurban Qurbanovun razılığı olandan sonra tərk edə bilər:
"O, müsbət cavab versə, Türkiyədə oynamağa etiraz etmirəm".
Qeyd edək ki, Bülənt Qorxmazın baş məşqçisi olduğu "Mersin İdmanyurdu" bu mövsüm ciddi maliyyə böhranı keçirir. Komandanın futbolçuları ötən ay maaşlarının gecikdirilməsibə etiraz olaraq məşqə çıxmayıblar. Futbolçular problemləri həll olunmasa, Türkiyə superliqasında növbəti turun oyununda iştirak etməyəcəklərini bildiriblər.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi