Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Qol.Az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, qadın güləşçilərin reytinq sıralamasında 9 güləşçimizin adı var. Bakıd keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran PriⅦ beynəlxalq turnirinin final mərhələsində gümüş medal qazanan Nataliya Sinişin 4 pillə irəliləyərək reytinqdə 7-ci sırada qərarlaşıb. 60 kq-da mübarizə aparan İrina Netreba bir pillə irəliləyərək 4-cü sıraya yüksəlib. Son Dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer) və Nadya Muşka (63 kq, 14-cü yer) olub. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb.
48 kq
2. Mariya Stadnik - Dünya çempionatı 2-ci yer (2)
53 kq
6. Anjela Doroqan - Dünya çempionatı 5-ci yer (6)
55 kq
7. Nataliya Sinişin - Qızıl Qran Pri 2-ci yer (11)
12. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (15)
58 kq
6. Yuliya Ratkeviç - Dünya Çempionatı 3-cü yer (4)
60 kq
4. İrina Netreba - Polşa turniri 3-cü yer (5)
63 kq
14. Nadya Muşka - Polşa turniri 2-ci yer (14)
18. Elmira Qəmbərova - U-23 AÇ 3-cü yer (nr)
19. Raqnetta Qurbanzadə - AÇ gənclər 3-cü yer (nr)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi