«Birlik kuboku»nda Azərbaycan çempionu «İnter»in rəqibi olacaq Latviya «Ventspils»nin baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Bu il ilk məşqinizi bayram əhval-ruhiyyəsində keçirdiniz.
- Daha doğrusu, normal işgüzar əhval-ruhiyyədə. Hər halda bayram artıq geridə qaldı. Bununla belə, məşqdə futbolçuların kefi yerində idi.
- Litvaya gedənə qədər daha çox nəyə önəm verəcəksiniz?
- Ötən ilin sonunda başladığımız işi davam etdirəcəyik. Bu gün bu hazırlığın ikinci mərhələsinə başladıq. Daha çox fiziki gücün artırılmasına diqqət yetirəcəyik. Ancaq taktiki-texniki məsələlərə də vaxt ayıracağıq.
- Ötən ildəki ilk toplanış necə keçdi?
- Hamımız təlim-məşq toplanışından razı qaldıq. Özüm üçün bir çox vacib nəticələr çıxardım.
- Litvadakı təlim-məşq toplanışını «Birlik kuboku»na əsas hazırlıq hesab etmək olarmı?
- Yox, çünki «Birlik kuboku»nun özü yeni mövsümə, Latviya çempionatına hazırlığın bir mərhələsidir. Həm də nəzərə almaq lazımdır ki, bu il çempionatımız xeyli tez - martın 15-də start götürür.
- İndi komandanın hazırlıq vəziyyətini necə qiymətləndirmək olar?
- Hər şey normaldır. Necə deyərlər, oyun praktikası sarıdan hələ çatışmazlıqlar var. Axı məşq etdiyimiz hələ heç 2 həftə olmayıb. Hazırda komandanın ümumi hazrlığı hardasa 25 faizdir. Bir daha təkrar edirəm, komanda yaxşı əhval-ruhiyyədə hazırlıq keçir. Futbolçular istirahətdən həm ruhən, həm də fiziki nöqtəyi nəzərdən yaxşı qayıdıblar. Bunu ilk baxışdaca hiss etdim və təbii ki, razı qaldım.
- Futbolçulardan artıq kimsə hazırlığı ilə seçilir?
- Bir nəfər yox, bir qrup bu cür oyunçu var.
- Yeni il üçün futbolla bağlı nə isə arzu etdiniz?
- Artıq bir neçə ildir ki, arzumuz və məqsədimiz dəyişmir. «Ventspils» ildən-ilə iddiasını artırır, istəyirik ki, güclü klub olaq. Yeni ildə də arzularımız bu cürdü.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç