Futbol veteranları uşaqlara top hədiyyə verib

XƏBƏR 30 Dekabr 2008 / 15:35 2926
-  A +

Dekabrın 27-dən  AFFA yeni kampaniyaya start verib. «Futbol oynayaq, sağlamlığı qoruyaq» devizi altında AFFA nümayəndələri Bakının müxtəlif rayonlarının ərazisindəki küçə və məhəllələrə baş çəkərək oradakı uşaqlara top hədiyyə edirlər. Bu gün bu kampaniyaya futbol veteranları qoşulub. AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu, professor Ələkbər Məmmədov və beynəlxalq dərəcəli hakim Rüstəm Rəhimov qeyd olunan kampaniya çərçivəsində bu gün Bakının müxtəlif yerlərində uşaqlara top hədiyyə veriblər.
 

Son xəbərlər