Unibank Premyer Liqanın XI turunda vurduğu qolla komandasına mühüm qələbə qazandıran “Neftçi”nin hücumçusu Samir Əliyev Qol.Az saytına müsahibə verib.
- Başlayaq, “İnter”lə dünənki oyundan.
- Oyun haqda nə deyə bilərəm? Özünüz hər şeyi gördünüz. “Neftçi” elə bir komandadır ki, turnir cədvəlində tutduğu mövqedən asılı olmayaraq, hər zaman meydana yalnız qələbə üçün çıxır. “İnter”lə matç da istisna deyildi. Rəqibimiz güclü idi, çempionatın lideridi. Amma biz meydana yalnız qələbə qazanmaq üçün çıxmışdıq və sevinirəm ki, istəyimizə çatdıq.
- Şübhəsiz, bu qələbədə sənin də böyük rolun oldu.
- Düzdür, qol vurdum və bu, komandaya qələbə gətirdi. Lakin öz oyunumdan bir o qədər də razı qalmadım.
- Niyə?
- Çünki hələ də istədiyim formanı yığa bilməmişəm. Fiziki cəhətdən tam hazır deyiləm. Amma inanıram ki, yaxın gələcəkdə bu problemi də həll edəcəyəm. Məşqlərdə də məhz bunun üzərində çox çalışıram. İstəyirəm ki, tezliklə əvvəlki formamı bərpa edim.
- Oyuna daxil olmağa hazırlaşarkən baş məşqçi Vaqif Sadıqov sənə son tapşırıqlarını verirdi. Maraqlıdır, həmin anda o sənə nə dedi?
- Vaqif müəllim əvvəlcə mənə sol cinahda oynamağı tapşırdı. Meydana daxil olduğum ilk andan da məhz sol cinahda mübarizə aparırdım Lakin tezliklə gördüm ki, özümü bu mövqedə bir o qədər də rahat hiss etmirəm. Çünki cinahda oynayarkən gərək dayanmadan irəli-geri qaçasan. Mən isə bunu çatdırmırdım. Elə qolu da “İnter” sol cinahdan vurdu. Bundan sonra isə baş məşqçimiz tapşırdı ki, irəlidə oyna. Hücumda özümü daha yaxşı hiss edirdim. İmkanım da oldu. Nəticədə həmin şansdan yararlanaraq, qol da vurdum.
- Yəqin ki, uzun müddətdən sonra ölkə çempinatında qol vurduğuna görə sevinirsən?
- Əlbəttə. Kim qol vurduğuna görə sevinmir ki !? Xeyli müddət idi qol vurmurdum. Səhv etmirəmsə, sonuncu dəfə ötən mövsüm “Muğan”la oyunda fərqlənmişdim. Nəhayət ki, uğursuzluğa son qoydum. Amma yenə deyirəm, qol vumağıma baxmayaraq, öz çıxşımdan tam razı qalmadım. Öz üzərimdə daha çox işləməliyəm.
- Necə düşünürsən, uzun fasilədən sonra fərqlənməyin növbəti oyunlarda daha yaxşı çıxış etməyinə psixoloji baxımdan kömək ecədək?
- Yəqin ki. Mən hücumçuyam və işim qol vurmaqdır. Qol vurmayanda isə təbii ki, futbolçu özünü narahat hiss edir. Amma inanıram ki, növbəti oyunlarda bu qolların ardını gətirəcəyəm. Komandaya kömək etməyi çox istəyirəm.
- Maraqlıdır ki, “Neftçi”nin heyətində qol vuran hər iki futbolçu komandaya məhz “İnter”dən transfer olunub. Keçmiş klubuna qarşı daha əzmlə mübarizə apardığını demək olar?
- Yox, mənim daxilimdə belə bir hiss yox idi. Çünki “İnter”i artıq 3 ildir ki, tərk etmişəm. Futbolçunun karyerası da belədir ki, bu gün buradasan, sabah başqa yerdə. Əgər məni “İnter”dən kənarlaşdırsaydılar, o zaman onlara qarşı özümü göstərmək üçün alışıb-yanardım. Amma məndə belə bir şey olmayıb. Çünki “İnter”dən öz xoşumla getmişdim. Siz dediyiniz bu məqam bəlkə də Quqlemona daha çox aiddir. Çünki mən bildiyimə görə, Sxadadze onu heyətdə görmək istəmədiyindən, o “İnter”i tərk edib.
- Artıq çempionatın birinci dörvəsi başa çatıb. İlk yarını “Neftçi” üçün nə dərəcədə uğurlu hesab etmək olar?
- Çempionata elə də yaxşı başlamadıq. “Muğan” və “Simurq”a uduzduq. Ardıcıl xal itkilərinə yol verdik. Bu iki oyunda qələbə qazansaydıq, indi turnir cədvəlində daha yüksək pillələrdən birini tutardıq. Lakin sonradan komanda toparlandı. Son turlar ardıcıl olaraq oyunlarımız uğurlu alınır. Komanda uduzmur. Hətta qol da buraxmırdıq. Lakin dünən “İnter” bizə qol vurdu. Bununla belə, əsas olan komandanın uduzmaması, uğurlu çıxış etməsidir ki, buna da nail oluruq.
- Sözlərindən belə başa düşdüm ki, komandada baş verən dəyişikliklərin “Neftçi”yə müsbət təsir etdiyini düşünürsən?
- Əlbəttə, nəticələr bunu deyir. Vaqif müəllimin gəlişindən və rəhbərlikdə baş verən dəyişikliklərdən sonra komanda daha yaxşı çıxış etməyə başladı. İnanıram ki, növbəti oyunlarda da belə olacaq və sonda istəyimizə çatacağıq.
- Çempionluğu nəzərdə tutursan?
- Elədir ki, var. “Neftçi”nin məqsədi yalnız və yalnız çempionluqdur.
- Ümumiyyətlə, futbolçular yeni baş məşqçinin sisteminə tam uyğunlaşa biliblər?
- Zamanla hər şey qaydasına düşür. Vaqif müəllim çox təcrübəli mütəxəssisdir və komandadakı işi göz qarşısındadır. Düzdür, çatışmazlıqlar var. Lakin bu, normal bir haldır. İstər “Barselona” olsun, istər “Real” - çatışmazlıq hər bir komandada olur. Lakin zamanla hər şeyin daha yaxşı olacağına inanıram.
- Növbəti turda “Neftçi”ni daha bir çətin oyun - “Olimpik-Şüvəlan”la qarşılaşma gözləyir. Bu matç haqda nə düşünürsən?
- Bu oyuna da qələbə qazanmaq üçün çıxacağıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. Lakin bu, heç də asan olmayacaq. Çünki bugünkü gündə Azərbaycan çempionatında zəif komanda yoxdur. “Muğan” bizi məğlub etdi, “Turan” səfərdə “Xəzər Lənkəran”dan xal aldı. Bütün bu nəticələr komandaların hamısının güclü olduğunu göstərir. Daha Azərbaycan çempionatında elə bir komanda yoxdur ki, ona bir ayaqla qalib gələsən.
Tramp klublararası dünya çempionatının finalında olacaq
"Kəpəz"dən növbəti transfer - Rəsmi
"Arsenal" onunla yeni müqavilə imzalamağa yaxındır
"Barselona" onu Levandovskinin əvəzi kimi istəyir
“PSJ favoritdir, amma biz qalib gələcəyik”
"Real" 20 yaşlı hücumçunu transfer etdi
"Zirə" İordaniya klubuna qalib gəldi
"İmişli"də yeni müqavilə - Rəsmi
“Mən də Haaland, Keyn və Levandovski səviyyəsindəyəm”
"Mançester Yunayted"də ciddi itki
Emreli yoxlama oyununda yenə qol vurdu
"Real" Vinisiusla aparılan danışıqları dayandırdı
"Barselona"da 4 illik müqavilə
"Karvan" braziliyalı futbolçu transfer etdi
"Kəpəz"dən Ehtiram Şahverdiyev qərarı
Pioli rəsmən "Fiorentina"da
“Qəbələ” yeni transferini açıqladı
"Bayer" ABŞ millisinin üzvünü aldı
“Turan Tovuz” “Traktor”la qarşılaşacaq - Rəsmi
"Sabah"ın rəqibində ayrılıq
Levandovskinin yeni imici - Şəkillər
Azərbaycan klublarının mövqeyi məlum oldu - Dünya reytinqi
Donnarummanı transfer etmək istəyən nəhəng klub
Lui van Qal xərçəngə qalib gəldi
DÇ-2030-un finalı bu stadionda keçiriləcək
“Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer
“Komandamızın çıxışı gələcəyə ümid verdi” - Qurban Qurbanov
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi
1-ci liqanın başlama tarixi məlum oldu
"Sumqayıt"da növbəti ayrılıq
"Bayer"in yeni səfər formaları - Şəkillər