2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin formatı təsdiqlənib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə UEFA-nın baş katibi Canni İnfantino məlumat verib.
O bildirib ki, bu gün keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında bununla bağlı qərarlar qəbul edilib.
Qərara əsasən, 52 millinin iştirak edəcəyi seçmə mərhələ 9 qrupdan ibarət olacaq. Qrupların yeddisində altı komanda, ikisində beş komanda yer alacaq.
Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutanlardan 8 ən güclüsü isə "pley-off" oynayacaq və daha 4 vəsiqənin taleyinə aydınlıq gətirəcək.
Qeyd edək ki, "DÇ-2018"in Avropa zonası üzrə seçmə mərhələsinin oyunları 2016-ci ilin sentyabr və 2017-ci ilin noyabr tarixləri arası keçiriləcək.
Əlavə edək ki, "DÇ-2018"in final mərhələsi iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində - Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburqda oynanılacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər